REGİONLAR
Ağdam rayonunun Papravənd kəndi































Bakı, 30 iyul, AZƏRTAC
Ağdam rayonunun Papravənd kəndi rayon mərkəzindən 20 kilometr şimalda, Ağdam-Ağdərə yolunun üzərində, Gülyataq çayının hər iki sahili boyunca vadidə yerləşir.
Papravənd kəndi 1993-ci il iyunun 26-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
İşğala qədər Papravənd kəndində orta məktəb, mədəniyyət evi, iki kitabxana, tibb məntəqəsi, daş karxanası, müxtəlif ticarət-iaşə obyektləri, heyvandarlıq kompleksi var idi. Həmçinin kəndin ərazisində xeyli sayda tarixi-dini abidə - XVIII əsrə aid iki məscid, Şeyx Nigari türbəsi, Qara Piri ocağı, ziyarətgahlar və kurqanlar olub.
Erməni vandalları işğal dövründə Papravənd kəndini viran qoyaraq xarabalığa çeviriblər.
İkinci Qarabağ müharibəsində Ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış kənddən görüntüləri təqdim edir.