Ağdaşlı rəssam şəhidlərimizin portretlərini hazırlayır
Ağdaş, 21 dekabr, AZƏRTAC
Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən rayon mədəniyyət mərkəzinin rəssamı Məlahət İsmayıl ağdaşlı şəhidlərin portretlərini hazırlayır.
Regional mədəniyyət idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilıb ki, rəssam Məlahət İsmayıl indiyədək Vətən müharibəsinin Ağdaşdan olan 29 şəhidindən 16-sının portretini hazırlayıb.
Rəssam qalan şəhidlərin də portretlərini hazırlayacaq və bütün portretləri ailələrinə hədiyyə edəcək.