AĞSUDA “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN GƏNCLİYİ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Ağsu rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhərdəki “Gənclər evi”ndə “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda “dəyirmi masa" keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə şəhərin mərkəzində ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş və önünə çiçəklər qoymuşlar.
“Gənclər evi”ndəki Heydər Əliyev muzeyində təşkil olunmuş tədbirdə rayon gənclər və idman idarəsinin rəisi İqbal Mikayılov “And” vətənpərvərlik tərbiyəsi klubunun sədri Sənan Nemətov, “Gələcəyin səsi” gənclər klubunun sədri Kənan Tacızadə, şəhər 1 nömrəli orta məktəbinin müəllimi Rəşad Osmanov, Ağsu rayonu üzrə Uşaq Parlamentinin sədri Ravil Rzayev, sahibkar Sanif Həsənov çıxış etmişlər.
Qeyd olunmuşdur ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən “Dövlət gənclər siyasəti” öz bəhrələrini verir. Müasir Azərbaycan gəncliyi ölkəmizin müdafiəsində, beynəlxalq arenalarda idman şərəfinin qorunmasında, Azərbaycanda gedən sosial-iqtisadi tərəqqidə fəal iştirak edirlər. Öz sıralarında 16min158 nəfəri birləşdirən Ağsu gəncləri də rayonda həyata keçirilən tikinti, quruculuq, abadlıq işlərində əzmlə çalışır, yüksək vətənpərvərlik nümayiş etdirirlər.
Ayrı-ayrı çıxışlarda habelə qeyd olunmuşdur ki, gənclərimiz Prezident İlham Əliyevin ətrafında sıx birləşərək onun yürütdüyü daxili və xarici siyasəti dəstəkləyirlər. Onlar ölkəmizdə gedən nəhəng quruculuq işlərində bundan sonra da fəal iştirak edəcəklər.
Çıxışlarda xüsusi vurğulanmışdır ki, ağsulu gənclər artıq öz seçimlərini etmişlər və qarşıdan gələn Prezident seçkilərində ulu öndərin layiqli davamçısı İlham Əliyevi alternativsiz namizəd görürlər.