AĞSUDA SEÇKİ QANUNVERİCİLİYİ ÜZRƏ REGİONAL SEMİNAR KEÇİRİLMİŞDİR
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müvəkkil əsas Konstitusiya hüquqlarından olan seçki hüququnun əhəmiyyətini, onun insan hüquqları arasında yerini, seçkilərin xalqın taleyinə ciddi təsir göstərən və hər bir dövlətin ictimai-siyasi həyatında böyük mühüm əhəmiyyət kəsb edən hadisə olduğunu vurğulamış, bu hüququn təmin edilməsi sahəsində dövlət tərəfindən görülmüş işlər barədə məlumat vermişdir.
Tədbirdə kütləvi informasiya vasitələrində seçkiqabağı proseslərin işıqlandırılması, seçkilərin gedişi və müşahidəçilərin fəaliyyəti, sərbəst toplaşmaq azadlığı ilə bağlı məsələlər də müzakirə edilmişdir.
Seminarda iştirak edən dairə seçki komissiyalarının, rayonların icra hakimiyyəti və polis orqanları nümayəndələrinin seçkilərə hazırlığın vəziyyətinə dair məlumatları dinlənilmişdir.
Müşavirədən sonra ombudsman yerli hakimiyyət orqanları nümayəndələrinin iştirakı ilə Ağsu rayonundan olan şikayətçiləri qəbul etmiş, onların problemlərinin həll edilməsi üçün müvafiq tədbirlər görmüşdür.
Səfər zamanı müvəkkil həmçinin Ağsu və Şamaxı rayonları polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarına da baxış keçirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]