AĞSUDA XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ YAD EDİLİR
Ağsu, 21 fevral (AZƏRTAC). Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Ağsuda da silsilə tədbirlər həyata keçirilir.
Rayon İcra hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsindən bildirmişlər ki, tərtib olunmuş tədbirlər planına əsasən, fevralın 19-dan başlayaraq keçirilən kütləvi tədbirlər bütün məktəbləri, mədəniyyət evi, klub və kitabxanaları, eləcə də idarə, müəssisə və təşkilatları əhatə edir. Tədbirlərdə ermənilərin zaman-zaman azərbaycanlılara qarşı keçirdikləri soyqırımının əsl mahiyyəti açıqlanır, on yeddi il əvvəl keçmiş sovet imperiyasına məxsus 366-cı motoatıcı alayın köməyi ilə törədilmiş növbəti vəhşiliklərdən bəhs olunur.
Faciənin ildönümü ərəfəsində mərkəzi kitabxanada “dəyirmi masa” təşkil olunacaq, rayonda məskunlaşmış Xocalı sakinləri ilə görüşlər keçiriləcəkdir. Fevralın 26-da isə bütün təhsil ocaqlarında ilk dərslər Xocalı soyqırımına həsr olunacaq, rayon icra hakimiyyətində ictimaiyyət nümayəndələrinin ümumrayon yığıncağı təşkil ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]