Ahmedou Ould-Abdallah: Afrika qlobal iqtisadiyyatda cəmi 2 faiz paya malikdir
Bakı, 13 mart, AZƏRTAC
Afrika Yer kürəsinin quru ərazisinin təxminən 20 faizini təşkil edir. Afrika həm də ən az inkişaf etmiş ölkələrin böyük hissəsini özündə birləşdirir. Dünyanın 48 ən az inkişaf etmiş ölkəsindən 34-ü məhz Afrika qitəsində yerləşir.
AZƏRTAC xəbər verir ki, bunu BMT Baş katibinin Qərbi Afrika üzrə sabiq xüsusi nümayəndəsi və BMT-nin Somali üzrə xüsusi elçisi olmuş Ahmedou Ould-Abdallah deyib.
O bildirib ki, 2014-cü ildə Afrikada adambaşına düşən ümumi daxili məhsul 3513 ABŞ dolları təşkil edib. Müqayisə üçün, dünya üzrə orta göstərici 14 min 956 dollar olub.
Ahmedou Ould-Abdallah onu da qeyd edib ki, hazırda Afrikanın qlobal iqtisadiyyatda payı təxminən 2 faiz səviyyəsində qalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]