Aİ Qərbi Balkan ölkələrinə maliyyə yardımını artırır
Belqrad, 4 aprel, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Qərbi Balkan regionu ölkələrinin iqtisadi inkişafına dəstək məqsədilə 6 milyard avroluq fond yaradacaq.
AZƏRTAC xəbər verir ki, bu addım Serbiya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya, Albaniya və Kosovonun iqtisadi əlaqələrini gücləndirmək, iqtisadi artımı dəstəkləmək və ölkələr arasında sosial-iqtisadi yaxınlaşmanı sürətləndirmək məqsədi daşıyır. Yeni yaradılacaq İslahat və İnkişaf Fondu vasitəsilə 2024-2027-ci illərdə region ölkələrinə 2 milyard avro maliyyə yardımı və 4 milyard avro kredit veriləcək.
Aİ həmin fond vasitəsilə region ölkələrinə göstərilən maliyyə yardımını əhəmiyyətli dərəcədə artıracaq.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]