AİB-in 57-ci illik toplantısı Gürcüstanda keçiriləcək
Tbilisi, 1 aprel, AZƏRTAC
Asiya İnkişaf Bankının (AİB) 57-ci illik toplantısı bu ilin mayında Gürcüstanda keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın maliyyə naziri Laşa Xutişvili deyib. Onun sözlərinə görə, 2023-cü ildə Gürcüstan Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramına sədrlik edib və il ərzində respublikada planlaşdırılan bütün tədbirlər uğurla həyata keçirilib.
Hazırda AİB-in illik toplantısına fəal hazırlıq gedir. Toplantıda 68 ölkədən 4000-dək nümayəndənin iştirakı gözlənilir.
Asiya İnkişaf Bankının 57-ci toplantısı bu istiqamətdə Gürcüstanda keçirilən ən böyük tədbir olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]