“Air France” 4900 işçini ixtisara hazırlaşır
Paris, 18 fevral, AZƏRTAC
“Air France-KLM” hava yolları 2020-ci ildə COVID-19 pandemiyasına görə 7,1 milyard avro itirib.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, əvvəlki illə müqayisədə ticarət dövriyyəsi 59 faiz azalıb. Şirkət 2019-cu ilə nisbətən müştərilərinin 67,3 faizini itirib. Aviaşirkət itkilərin dərhal bərpa edilməsinin mümkün olmayacağı, 2021-ci ilin ilk rübünün çox çətin olacağı ilə bağlı xəbərdarlıq edib. Şirkət koronavirus əleyhinə peyvənd sayəsində 2-ci və 3-cü rüblərdə uçuşların artacağına ümid etdiyini bildirib.
Ötən il KLM 5 min, “Air France” isə 3600 işçini ixtisar edib. Şirkətin prezidenti bildirib ki, böhrandan çıxmaq üçün səylər göstərilməsi vacibdir. Bu baxımdan KLM-dən 900, “Air France”dan isə 4900 işçinin ixtisara salınması ilə bağlı plan hazırlanmaqdadır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]