“AirBaltic” aviaşirkəti bir sıra istiqamətdə uçuşları bərpa edəcək
Vilnüs, 17 fevral, AZƏRTAC
Latviyanın “AirBaltic” aviaşirkəti mart ayında Vilnüsdən Münhen və Oslo, aprel ayında London, iyun ayında Dublin, Dubrovnik və Tallin istiqamətində uçuşları həyata keçirməyi planlaşdırır.
AZƏRTAC Litva mətbuatına istinadla xəbər verir ki, şirkət qış mövsümündə Baltikyanı ölkələr ilə lazımi hava daşımaçılığını həyata keçirmək məqsədilə Vilnüsdən beş fərqli istiqamətə − Amsterdam, Berlin, Kiyev, Paris və Riqa şəhərlərinə uçuşları davam etdirir.
Aviaşirkət carı ilin statistik rəqəmlərinə əsasən bildirib ki, şirkət 2020-ci ildə Litvadan 195 min sərnişin daşıyıb ki, bu da 2019-cu illə müqayisədə 63 faiz az göstəricidir.
Qeyd edək ki, aviaşirkətin səhmlərinin 96,14 faizi Latviyaya, təxminən 4 faizi isə investor Lars Tussenin rəhbərlik etdiyi Danimarkanın “Aircraft Leasing 1” şirkətinə məxsusdur.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]