Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik Mirəsədulla Mirqasımov Azərbaycanda cərrahiyyə və urologiyanın elmi əsaslarını yaradıb

Bakı, 17 noyabr, AZƏRTAC

Noyabrın 17-də Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA) ilk prezidenti, tanınmış ictimai xadim, ilk azərbaycanlı alim-cərrah, ilk tibb elmləri doktoru, Əməkdar elm xadimi, akademik Mirəsədulla Mirqasımovun doğum günüdür. Mirəsədulla Mirqasımovun adı xalqımızın qürur və məhəbbətlə çəkdiyi adlar sırasında xüsusi yer tutur. Bu, bir tərəfdən böyük alimin dünyada ən humanist peşə sahibi olmasından, yüzlərlə insana sağlamlıq, həyat bəxş etməsindən irəli gəlirsə, digər səbəb onun şəxsiyyətinin bütövlüyündən, ziyalı, alim, vətəndaş adını ləyaqətlə daşımasından qaynaqlanır.

AZƏRTAC görkəmli alim və həkim-cərrah Mirəsədulla Mirqasımovun doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Mirəsədulla Mirqasımov 1883-cü il noyabrın 17-də Bakıda müəllim ailəsində anadan olub. İlk təhsilini mədrəsədə və ruhani seminariyasında aldıqdan sonra Bakı Rus Gimnaziyasını bitirib. 1908-ci ildə Odessada Novorossiysk Universitetinin Tibb fakültəsinə qəbul olub. Tələbəlik illərində ərəb, fars və rus dilləri sahəsindəki biliklərini daha da dərinləşdirib, tərcümə ilə məşğul olub. Təhsil almaqla yanaşı, sanitar və əczaçı kimi işlərdə çalışıb, Uzaq Şərq mədənlərində feldşer işləyib. Həkimlik diplomu aldıqdan sonra isə Odessanın müxtəlif klinika və xəstəxanalarında ordinator kimi cərrahiyyə əməliyyatları aparıb. O, seçdiyi ixtisasın sirlərinə daha dərindən bələd olub, lakin öz üzərində müntəzəm işləməyi də unutmayıb.

1916-cı ildə Mirəsədulla Bakıya qayıdıb, 12-ci hərbi lazaretdə cərrah-ordinator, 1918-ci ildə şəhər xəstəxanasında Cərrahiyyə şöbəsinin baş ordinatoru işləyib. Çox keçmədən xəstələr və həmkarları arasında rəğbət qazanıb, tibb aləmində sənətinin bilicisi kimi məşhurlaşıb. Gənc həkimin tezliklə belə zəngin təcrübə toplaması onun Bakı Dövlət Universitetinin Tibb fakültəsinə dəvət olunması ilə nəticələnib. O, burada pedaqoji fəaliyyətlə məşğul olmaqla yanaşı, ciddi elmi axtarışlar da aparıb. 1926-cı ildə assistent olduğu zaman tədqiqatlarını davam etdirmək üçün bir müddət Almaniyaya ezamiyyətə göndərilib.

1927-ci ildə Mirəsədulla Mirqasımov tədqiqatlarını birləşdirərək “Azərbaycanda sidik daşı xəstəliklərinin öyrənilməsinə dair materiallar” mövzusunda ilk dəfə doktorluq dissertasiyası müdafiə edib. Bununla da ilk azərbaycanlı alim-cərrah adına yiyələnib, tibbi cərrahiyyə elmi məktəbinin əsasını qoyub. O, 1929-cu ildə isə professor adını alıb. 1930-cu ildə Azərbaycan Tibb Universiteti (ATU) yaradıldıqdan sonra görkəmli alimin fəaliyyəti klinik cərrahiyyə, travmatologiya və urologiyanın tədrisi ilə bağlı olub. 1931-1934-cü illərdə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilib. Azərbaycan dilində cərrahlıq sahəsində ilk dərsliyi 1933-cü ildə hazırlayıb.

Gərgin iş rejiminə baxmayaraq, görkəmli alim ictimai işlərdə də fəallıq göstərib. Üç çağırış - 1937-ci, 1946-cı və 1950-ci illərdə SSRİ Ali Sovetinin deputatı olub. 1955-ci ildə Cərrahların Beynəlxalq Assosiasiyasının həqiqi üzvü seçilib.

İkinci Dünya müharibəsi illərində görkəmli alimin “Cərrahiyyə”, “Qısaca ümumi cərrahiyyə kursu” dərslikləri, “Azərbaycanda sidik daşı xəstəliyinin öyrənilməsi materialları”, “Ölkənin müdafiəsində cərrahiyyənin rolu” kitabları çapdan çıxıb. Azərbaycanda hospital xidməti məhz Mirəsədulla Mirqasımovun böyük təcrübəsi nəticəsində inkişaf edib möhkəmlənib.

1945-ci ildə ölkənin təbii ehtiyatlarının, qədim tarixinin, ədəbiyyat və incəsənətinin dərindən öyrənilməsi və iqtisadi inkişafı sürətləndirmək məqsədilə keçmiş SSRİ Elmlər Akademiyasının nəzdində Azərbaycan Elmlər Akademiyası təsis olunub. Görkəmli alim, respublikada cərrahiyyə və urologiyanın elmi əsaslarını qoyan Mirəsədulla Mirqasımov yekdilliklə bu elm ocağının prezidenti seçilib.

Böyük alim 1958-ci il iyulun 20-də Bakı şəhərində dünyasını dəyişib. Onun tibb elminə qoyub getdiyi böyük irsi, nəşr edilmiş saysız-hesabsız əsərləri indi də praktikada geniş istifadə olunur. Alimin bir sıra araşdırmaları qarın yatalağı peritonitlərinin - qarın pərdəsinin iltihabı diaqnostikasına və müalicəsinə həsr olunub. Bununla əlaqədar onun 1957-ci ildə rus dilində çapdan çıxmış “Qarın yatalağı cərrahiyyəsi” kitabı dəyərli dərs vəsaiti kimi bu gün də öz əhəmiyyətini itirməyib.

Bir sözlə, Mirəsədulla Mirqasımov elmi-təşkilati, pedaqoji və tibbi-nəzəri istiqamətləri özündə birləşdirən çoxşaxəli fəaliyyəti ilə XX əsrin birinci yarısında Azərbaycan elmi-ictimai düşüncəsinin təşəkkülündə və inkişafında müstəsna rol oynayıb.

Mirəsədulla Mirqasımov ATU-da çalışdığı dövrdə bu elm və təhsil ocağının nəzdində klinikaların yaradılması barədə çox düşünüb. Buna nail ola bilməsə də, onun ideyaları bu gün reallaşıb.

Bakıdakı küçələrdən birinə, eləcə də Respublika Klinik Xəstəxanasına akademik Mirəsədulla Mirqasımovun adının verilməsi onun şəxsiyyətinə olan ehtiramın təcəssümüdür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu ilin ikinci Ay tutulması başlayıb

Yəmən və Somali sahillərində 6 bal gücündə zəlzələ baş verib

İtaliyada 5-ci istilik dalğası: Temperatur 45 dərəcəyədək yüksələcək

Avropa Liqası və Konfrans Liqasında əsas mərhələnin bütün iştirakçıları müəyyənləşib

İsrail Hərbi Hava Qüvvələri “Hizbullah”a məxsus yeraltı obyektləri məhv edib

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyinin ən yaxşı idmançısı seçilib

Rəssam Marqarita Kərimova-Sokolova: Natəvanın portreti Fransa Akademik Cəmiyyətinin nəşrində dərc olunub

Tibetdə daşqından zərər çəkən sakinlər və turistlər təxliyə edilib

“Tvente”nin baş məşqçisi: Hesabı nəzərə alsaq, oyunun çətin keçmədiyini söyləmək olar

Almaniya və daha beş Aİ ölkəsi yeni maliyyə çərçivəsi üzrə mövqelərini razılaşdırıb

Qurban Qurbanov: İş saatlarımızı artırmalı, daha çox çalışmalıyıq

Sabah paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

“Qarabağ” avrokuboklarda mübarizəni dayandırıb YENİLƏNİB 5

Atlantik okeanında “Dolli” tropik fırtınası formalaşıb

Tramp Atlantik və ya Sakit okeanların adını dəyişdirmək niyyətini açıqlayıb

“Qarabağ” növbəti transferini açıqlayıb YENİLƏNİB

Tramp Ontario gölünün adının Amerika gölü kimi dəyişdirilməsi barədə fərman imzalayıb

“Qalatasaray” və “Fənərbağça”nın Çempionlar Liqasındakı rəqibləri bəlli olub

Azərbaycanın xarici işlər nazirinin müavini İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasında iştirak edib

Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki bütün rəqibləri müəyyənləşib YENİLƏNİB

Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin məzunlarının universitetlərə qəbul nəticələri açıqlanıb

Fərid Qayıbov: Qubada keçirilən “Ulduz Cup” uşaqlar üçün böyük stimuldur VİDEO

Fərid Qayıbov: Qubada keçirilən “Ulduz Cup” uşaqlar üçün böyük stimuldur VİDEO

Almaniyanın şimal bölgəsi müdafiə və innovasiya mərkəzinə çevriləcək 

Azərbaycanlı məşqçi Polşa komandasını Qubadakı beynəlxalq turnirdə çempion etdi - MÜSAHİBƏ

Şimal-qərb bölgəsində təhsil işçilərinin sentyabr konfransları başlayıb

Bu saata olan əsas xəbərlər

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Oğuz və Qəbələ sakinlərinin müraciətlərini dinləyib

Azərbaycanın çimərlik güləşçiləri Bakıdakı dünya çempionatını 8 medalla başa vurublar VİDEO

Azərbaycanın çimərlik güləşçiləri Bakıdakı dünya çempionatını 8 medalla başa vurublar VİDEO

Hövsanda açıq ərazidə yanğın baş verib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq

Britaniyada üç hava limanına kiberhücum: 8,7 milyon müştərinin məlumatları ələ keçirilib

® Uşaqlarda sidik yolu infeksiyaları: Valideynlər nələrə diqqət etməlidirlər?

Xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın yeni səfiri ilə görüşüb

Səudiyyə Ərəbistanının nüvə enerjisi həmləsi neft ixracı gücünü artıracaq

Argentina Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Marianxeles Belluşidən

Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Emi Karlondan

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Konfrans Liqası: “Qarabağ” və “Tvente”nin start heyətləri açıqlanıb

"Sea Breeze”də Yay İdman Festivalına start verilib VİDEO

"Sea Breeze”də Yay İdman Festivalına start verilib VİDEO

Avropa ölkələrində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı aşağı düşüb

Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığı 1 milyard dollar ticarət hədəfinə çatmaq üçün real imkanlar açır - RƏY

Ursula Fon der Lyayen: Enerji asılılığı rəqabət qabiliyyətimizi və müstəqilliyimizi məhdudlaşdıran əsas amildir

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Buğda qiymətləri üç ilin maksimumuna yüksəlib

Yay üçün ən riskli qidalar hansılardır?

Gənc xanəndə: Doğma Laçında milli musiqimizi səsləndirmək sözlə ifadə olunmayacaq xoşbəxtlikdir

ADNSU ilə Özbəkistan universitetləri arasında elmi əməkdaşlıq genişlənir

Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?

“Əbədi dostluq haqqında Müqavilə” türk dövlətləri arasında yeni əməkdaşlıq mərhələsinin əsasını qoyur – ŞƏRH

Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib

Ağsuda salınan badam bağlarının məhsulu xarici bazarlara da çıxarılacaq VİDEO

Ağsuda salınan badam bağlarının məhsulu xarici bazarlara da çıxarılacaq VİDEO

ABŞ-nin sutkalıq neft istehsalı 13 milyon 843 min barelə yüksəlib

Autizmli uşaqların təhsilində müəllimin rolu

“TotalEnergies” Rusiyadakı LNG layihəsindən çıxıb

BDYPİ: Yuxululuqla bağlı hadisələrin təkrarlanması ciddi xəbərdarlıqdır VİDEO

BDYPİ: Yuxululuqla bağlı hadisələrin təkrarlanması ciddi xəbərdarlıqdır VİDEO

Türkiyədə azərbaycanlı astrofizik Cəfər Quluzadənin elmi irsinə ehtiramla yanaşılır

Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyevdən

Tanınmış futbolçunun müflis elan olunması üçün məhkəməyə müraciət edilib

Almaniyanın beş əyalətinda ifrat sağçı təşkilatın tərəfdarlarına qarşı əməliyyatlar aparılır

SOCAR və Çin İxrac-İdxal Bankı enerji sektorunda əməkdaşlıq imkanlarını dəyərləndirib

Nepaldakı gölün 72 saat ərzində dağıla biləcəyi barədə xəbərdarlıq edilib

III “Ulduz Cup” beynəlxalq turnirinin qalibi müəyyənləşib VİDEO

III “Ulduz Cup” beynəlxalq turnirinin qalibi müəyyənləşib VİDEO

Birləşmiş Ştatların neft ehtiyatları artıb

Nazirlik: Sosial siyasət Naxçıvanda yüksək səviyyədə icra edilir

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının rəhbəri Arif Quliyevdən

Bir arzu, bir hədəf, bir universitet

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Azərbaycanda kolbasa məmulatları istehsalı 12 faizdən çox artıb – QRAFİK

“Laçında ağac becərmək mənim üçün övlad böyütmək qədər əzizdir” - 32 il sonra doğma torpaqda VİDEO

“Laçında ağac becərmək mənim üçün övlad böyütmək qədər əzizdir” - 32 il sonra doğma torpaqda VİDEO

Kredit götürənlərin bilmədiyi hüquqlar hansılardır? – Ekspert rəyi

Əlyazmalar İnstitutu və Özbəkistan alimləri ortaq irsi araşdırırlar

Britaniyalı şəhərsalma mütəxəssisi Şuşada Baş planın icrasından danışıb

“GeoCamp” tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir

Elm və təhsil naziri vətəndaşların müraciətlərini dinləyəcək

Cəmi 3 məhsulla başlayan təşəbbüs - indi Türkiyəyə ixrac həyata keçirilir VİDEO

Cəmi 3 məhsulla başlayan təşəbbüs - indi Türkiyəyə ixrac həyata keçirilir VİDEO

Türkiyə qızıl hasilatının həcmini 10 faiz artıracaq

Avropa “Big Tech” asılılığını azaltmaq üçün yeni rəqəmsal yanaşma axtarır

Azərbaycan XİN-dən Rusiyaya çağırış: Səfirlik qarşısındakı təxribat hərtərəfli araşdırılmalıdır VİDEO

Azərbaycan XİN-dən Rusiyaya çağırış: Səfirlik qarşısındakı təxribat hərtərəfli araşdırılmalıdır VİDEO

“Sabah”ı püşkatmada təmsil edəcək şəxslər müəyyənləşib

Astanada Azərbaycanın milli incəsənəti və pəhləvanlıq ənənələri təqdim olunub

Bakı metrosu “Qarabağ”ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək VİDEO

Bakı metrosu “Qarabağ”ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək VİDEO

Böyük Britaniyada salmonellaya yoluxanların sayı 500-ə yaxınlaşıb

Nizami və Nəvai irsi yeni tədqiqatda

Azərbaycan bu Avropa İttifaqı ölkəsinə məhsul ixracını 338,9 dəfə artırıb – QRAFİK

Azərbaycan və Özbəkistan arasında əlyazmaların surətlərinin mübadiləsinə dair təşəbbüs irəli sürülüb

Almaniya şirkətinin baş direktoru: Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin nəqliyyat əlçatanlığını yaxşılaşdıra bilər – ŞƏRH

“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb

Pedaqoji Universitet boş qalan yerlərə qəbul elan edir

Adil Kərimli Laçın şəhərində vətəndaşların müraciətlərini dinləyib

“Sabah” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 457-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

4SİM-in dəstəyi ilə sənaye 4.0 transformasiyası uğurla həyata keçirilir

Balıqçılıq haqqında
Azərbaycan Respublikasının Qanunu

Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyevadan

Astanada keçirilən ilk “GASTHERM EXPO”nu 2 mindən çox mütəxəssis ziyarət edib

Şahin Diniyev: “Qarabağ”ın mərhələ adlamaq üçün üstünlükləri var

Emin Əmrullayev “Maarifçi”lərin suallarını cavablandırıb

® Təhsil Tələbə Krediti Müqaviləsi “SİMA İmza” ilə tam rəqəmsal! VİDEO

® Təhsil Tələbə Krediti Müqaviləsi “SİMA İmza” ilə tam rəqəmsal! VİDEO

Atasına verdiyi vədi yaşadan Zəhra BDU tələbəsi oldu