Akademik Vaqif Fərzəliyev: Gəncə iğtişaşı xalq-iqtidar birliyini pozmağa hesablanmışdı
Bakı, 13 iyul, AZƏRTAC
İnsanı öldürməklə ondan qisas almaq və ya hansısa bir məqsədə çatmaq bütün dövrlərdə cəmiyyət tərəfindən pislənilib. İyulun 10-da bir qrup radikal ünsürün Gəncə şəhərinin mərkəzində qarşıdurma törətməyə cəhd etməsi ölkədə xaos, anarxiya yaratmaq istəyən qüvvələrin əməlləridir. Törədilən iğtişaş insanlarda təşviş yaratmaq, xalq-iqtidar birliyinə xələl gətirməkdən başqa bir məqsəd güdmür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev deyib.
Akademik bildirib ki, Azərbaycanın sürətlə inkişafını, xalq-iqtidar birliyinin gündən-günə möhkəmlənməsini gözü götürməyənlər tərəfindən təşkil olunan bu iğtişaş ölkədə yaranmış siyasi sabitliyə və əmin-amanlığa zərrə qədər təsir edə bilməz. Çünki Azərbaycan xalqı müdrik xalqdır və belə pozucu qüvvələrə çirkin niyyətlərini reallaşdırmağa imkan verməyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]