Azərbaycan Dövlət İnformasiya Agentliyi

AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN ABİDƏSİNİN AÇILIŞ MƏRASİMİ

Sonra Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın şanlı qızı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan küçəyə gəldi.

Dövlətimizin başçısı həmin küçədə yerləşən və xalqımızın görkəmli övladının adı verilmiş mərkəzi parkda Zərifə Əliyevanın abidəsinin açılış mərasimində iştirak etdi.

Mərasimi Kiyev vilayəti dövlət administrasiyasının sədri Anatoli Zasuxa açdı.

KİYEV VİLAYƏTİ DÖVLƏT ADMİNİSTRASİYASININ SƏDRİ

ANATOLİ ZASUXANIN ÇIXIŞI

- Çox hörmətli İlham Heydəroviç!

Çox hörmətli xanım Əliyeva!

Hörmətli azərbaycanlı dostlar!

Əziz həmyerlilər!

İrpen şəhərinin həyatında bugünkü hadisə unudulmazdır. Bu, xarici dövlətin prezidentinin şəhərinizə ilk səfəridir. Bu, müasir Ukraynanın tarixində yeni səhifədir, Azərbaycan-Ukrayna münasibətlərinin yeni tarixində səhifədir.

Azərbaycanda 29 min ukraynalı, Ukrayna torpağında 400 mindən çox azərbaycanlı yaşayır. Bu gün biz Taras Qriqoryeviç Şevçenkonun abidəsini ziyarət etdik. Azərbaycan Prezidenti abidənin önünə gül-çiçək qoydu. Azərbaycan diasporunun və İrpen şəhəri sakinlərinin dostluğu bu abidədən başlanmışdır. Kiyev vilayəti nümayəndə heyətinin ötən ilin iyununda Bakıya səfəri bu dostluğun davamı oldu. Azərbaycan Prezidenti, əfsanəvi insan Heydər Əliyeviç Əliyev ilə görüşlərdən alınan təəssürat unudulmayacaqdır. Biz Bakı şəhərinin Qaradağ rayonunda Lesya Ukrainka adına park açdıq. Bu il orada şairimizin büstü qoyulacaqdır.

Hörmətli cənab Prezident, biz Sizin səfərinizə çoxdan hazırlaşırdıq. Sizin səfərinizin intizarı çox həyəcanlandırıcı oldu. Budur, indi Siz bizim torpağımızdasınız. Bu gün Siz öz ananızın – görkəmli alim, akademik Zərifə Əliyevanın abidəsini aça bilərsiniz.

Hörmətli cənab Prezident, sözü Sizə verirəm.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN

NİTQİ

- Əziz dostlar!

İcazə verin, ilk növbədə, dostluğa görə, Azərbaycana, ölkəmizin nümayəndəsinə - bu gün abidəsini birlikdə açdığımız görkəmli alim Zərifə Əliyevaya münasibətə görə sizə öz ehtiramımı və minnətdarlığımı bildirim.

Zərifə Əliyeva heyrətamiz insan idi. O, bütün həyatını elmə, təbabətə həsr etmişdi, çox məşhur oftalmoloq-praktik, habelə böyük alim idi. O, insanlara görmə qabiliyyətini qaytarırdı. Onun fəaliyyəti və elmi əsərləri sayəsində müasir oftalmologiya çox böyük uğurlara nail olmuşdur. Eyni zamanda, o, çox xeyirxah, həssas insan, son dərəcə qayğıkeş ana və atam üçün sadiq dost, yaxşı məsləkdaş idi. Əlbəttə, onun həyatdan getməsi təkcə ailəmizin üzvləri üçün deyil, həm də onu tanıyanların və onunla ünsiyyətdə olanların hamısı üçün çox böyük itki idi. Aradan artıq neçə illər keçmişdir, lakin bu itkinin ağrısı çox kəskin duyulur.

Bu gün qardaş Ukrayna torpağında, İrpen şəhərində Zərifə Əliyevanın abidəsinin açılışında iştirak etmək mənim üçün ikiqat xoşdur.

Mən dünəndən Ukraynadayam, dövlət səfərini həyata keçirirəm və özümü dostlarımın arasında hiss edirəm. Böyük qayğı və diqqətlə əhatə olunmuşam, mənə çox böyük qonaqpərvərlik göstərilir. Fürsətdən istifadə edərək, dəvətə və səmimi münasibətə görə, ilk növbədə, Ukrayna Prezidenti Leonid Daniloviç Kuçmaya təşəkkürümü bildirmək istəyirəm.

Dünən Ukrayna ilə Azərbaycan arasında 9 dövlətlərarası saziş imzalandı. Bu sənədlər ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, ikitərəfli münasibətlərdə, regional və beynəlxalq miqyaslı münasibətlərdə daha fəal iştirak etməyə imkan verəcəkdir. Ölkələrimiz arasında tarixən dostluq və qardaşlıq münasibətləri olmuşdur və mövcuddur. Müstəqillik əldə edildikdən sonra Ukraynanın və Azərbaycanın əsl tərəfdaşlar, strateji tərəfdaşlar olması faktı, ilk növbədə onu göstərir ki, ötən illərdə ölkələrimizdə həyata keçirilən siyasət səmərəli və düzgün olmuşdur. Mən münasibətlərimizin daha da möhkəmlənməsi üçün bu siyasəti Azərbaycanda davam etdirəcəyəm, ölkələrimiz, xalqlarımız arasında daha sıx əlaqələr olmasına çalışacağam.

Azərbaycanda Ukraynanı və ukraynalıları çox sevirlər, Ukrayna dilinə, mədəniyyətinə böyük səmimiyyətlə yanaşır, Azərbaycanın ali məktəblərində Ukrayna dilini öyrənirlər. Bütün bunlar da dövlətlərimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün çox yaxşı bazadır.

Dediyim kimi, biz yaxın ölkələrik, strateji tərəfdaşlarıq, bütün dünyada baş verən proseslərdə vahid mövqedən fəal iştirak edirik. Bizi, eyni zamanda, səmimi insani münasibətlər – dostluq, qarşılıqlı rəğbət, qarşılıqlı hörmət telləri bağlayır. Bax, elə bugünkü gün, Azərbaycanın görkəmli nümayəndəsi Zərifə Əliyevaya Ukraynada abidə açılması dostluq münasibətlərimizin, xalqlarımızın bir-birinə dərin məhəbbət və hörmət hisslərinin ifadəsidir. Fürsətdən istifadə edərək, abidənin qoyulmasında, bu gözəl parkın, habelə indən belə Zərifə Əliyevanın adını daşıyacaq küçənin abadlaşdırılmasında fəal iştiraka görə Kiyev vilayəti hökumətinin başçısı cənab Zasuxaya və İrpen Şəhər Şurasının başçısı cənab Skarçinskiyə şəxsən təşəkkür etmək istəyirəm.

Mən həm Ukraynaya dost dövlətin – Azərbaycan dövlətinin Prezidenti kimi, həm də Zərifə Əliyevanın oğlu kimi minnətdaram. Əminəm ki, bütün dövrlərdə - Sovet İttifaqında yaşadığımız dövrdə də, ən başlıcası isə, ölkələrimiz müstəqilliyə qovuşduqdan sonra da mövcud olmuş dostluq, qarşılıqlı yardım, qarşılıqlı dəstək münasibətləri davam etdiriləcək, ölkələrimizə və xalqlarımıza daha böyük fayda gətirəcəkdir.

Bir daha Ukraynaya, Ukrayna xalqına, gözəl İrpen şəhərinin sakinlərinə ən dərin hörmət hisslərimi və Azərbaycana, Zərifə Əliyevanın xatirəsinə belə münasibətə görə təşəkkürümü qəbul edin.

Sağ olun!

X X X

Sonra Prezident İlham Əliyev mərasimə toplaşanların alqış sədaları altında abidənin üzərindən ağ örtüyü götürdü.

Abidənin önünə Azərbaycan Prezidentinin adından əklil qoyuldu. Mərasim iştirakçıları abidənin qarşısına gül-çiçək düzdülər.

Respublikamızın rəhbəri abidənin müəllifi, Xarkov şəhərində yaşayan həmyerlimiz, Ukraynanın xalq rəssamı, heykəltəraş Seyfəddin Qurbanov ilə görüşdü, Zərifə xanım Əliyevanın adını daşıyan parkda xatirə ağacı əkdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH