Akaki Saqaraşvili: Orta dəhliz istiqamətində yeni imkanlar açılır
Tbilisi, 31 oktyabr, AZƏRTAC
Orta dəhlizdə yeni imkanlar yaranır, lakin ixtisaslı kadrlar olmadan buna nail olmaq mümkün deyil.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Biznes Assosiasiyasının icraçı direktorunun birinci müavini Akaki Saqaraşvili söyləyib.
Onun sözlərinə görə, Orta dəhliz istiqamətində yeni imkanlar formalaşıb və bu prosesdə infrastruktur və logistika əsas elementlərdir.
O bildirib ki, ölkədə ixtisaslı kadrların formalaşdırılması həlledici rol oynayır və peşəkar resurs olmadan yaranan potensial tam reallaşdırıla bilməz.
"Orta dəhliz istiqamətində yeni imkanlar açılır. Burada əsas komponent infrastruktur və logistikadır. Lakin, sonrakı biznes əməliyyatlarını operativ təmin edəcək ixtisaslı kadrlar olmasa, bütün bunlar öz məqsədinə nail olmayacaq. İxtisaslı kadrlar çağırışdır. Əminik ki, bütün bunlar təhsil islahatının fəaliyyət planında öz əksini tapacaq", – deyə Saqiraşvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]
Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]