A.KUVAYEV: DEPUTATIN HƏR BİR FİKRİ PEŞƏKARLARIN RƏYLƏRİNƏ ƏSASLANMALIDIR
Dövlət Dumasının “Rodina” fraksiyasından deputatı Aleksandr Kuvayev rusiyalıların Türkiyə kurortlarına getməsinin qadağan olunması barədə fikirlərə münasibətini bildirərək demişdir ki, zənnimcə, buna Rusiyanın baş sanitar həkimi Gennadi Onişşenko daha yaxşı cavab verər. O ki qaldı, RLDP fraksiyasına, nə Vladimir Volfoviç (Jirinovski), nə də onun digər üzvləri düşünülməmiş bəyanatlar verməklə özlərini təbliğ etmək fürsətini əldən qaçırmırlar.
O vurğulamışdır ki, hər bir məsələyə peşəkarlıqla yanaşmaq, hər bir problemi dərindən öyrənmək lazımdır. “Hər halda, əgər bu gün sanitar xidmətimiz desə ki, bunu etmək olmaz, onda, yəqin ki, turistlər bu rəyi nəzərə almalıdırlar. Lakin onların Türkiyəyə istirahətə gedib-getməməsi barədə hökm vermək Jirinovskinin işi deyildir. Hərçənd o, hər şeydə özünü biləndər kimi göstərməyə çalışır. Hər şeydə peşəkarlıq olmalıdır. Deputatın hər bir fikri peşəkarların, ekspertlərin rəylərinə əsaslanmalıdır.