Aleksandar Vuçiç: Serbiya inkişaf baxımından Qərbi Balkan regionunda birinci yerdədir
Belqrad, 5 dekabr, AZƏRTAC
“Serbiya iqtisadi inkişaf səviyyəsinə görə Qərbi Balkan regionunda birinci yerdədir”.
AZƏRTAC xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Sürixdə keçirilən forumunda çıxışı zamanı deyib.
Aleksandar Vuçiç insanların bir-birini dinləmədiyi bir dövrdə yaşadığımızı, lakin iqtisadiyyatın həmişə qalib gəldiyini bildirib.
“Bizim işimiz ölkəmizi modernləşdirmək, onu demokratikləşdirməkdir. İqtisadiyyat mənim və ölkəm üçün hərəkətverici qüvvədir”, - deyə Vuçiç qeyd edib.
Aleksandar Vuçiç, həmçinin İsveçrənin iş adamları ilə görüşüb, onlara ölkəsinin potensialından və xarici investorlara təklif olunan şərtlərdən danışıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:40]
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib
- 06.10.2026 [13:50]
BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir
- 06.10.2026 [13:19]
Fransa yüksək faizlərin təzyiqi altındadır
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]