Aleksandr Lukaşenko: Belarus-Azərbaycan əməkdaşlığının böyük perspektivləri vardır
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüş əsnasında Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya çatdırıb.
Prezident Aleksandr Lukaşenko onun da səmimi salamlarının və xoş arzularının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.
Belarus Prezidenti iki ölkə arasındakı əlaqələrin yüksək inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb və bu istiqamətdə səyləri dəstəklədiyini bildirib. O əlavə edib ki, iki ölkənin əməkdaşlığının böyük perspektivləri vardır.
Görüşdə gələn il hökumətlərarası komissiyanın iclasının keçirilməsi məsələsi müzakirə edilib, onun gündəliyinin ikitərəfli əməkdaşlığın inkişaf istiqamətlərinə uyğun olaraq zənginləşdirilməsinin vacibliyi vurğulanıb.
Elmar Məmmədyarov Azərbaycan Respublikası tərəfindən də iki ölkə arasındakı əlaqələrin inkişafının yüksək qiymətləndirildiyini və beynəlxalq məsələlərə münasibətdə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyünü deyərək, Azərbaycanın ticarət dövriyyəsinin artırılması istiqamətində ardıcıl səylər göstərdiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [16:36]
Belçika-Azərbaycan Forumunun birinci iclası Brüsseldə təşkil olunub
- 03.06.2026 [17:55]
Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib
- 03.06.2026 [10:52]
Ana Brnabiç: Azərbaycan Serbiya üçün dost və müttəfiqdir
- 02.06.2026 [18:12]
Beynəlxalq Siqh Federasiyasının nümayəndələri Milli Məclisdə olublar
- 02.06.2026 [17:13]
Baş nazir Əli Əsədov Ukrayna Baş nazirinin birinci müavini ilə görüşüb
- 02.06.2026 [12:45]