Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Ali Attestasiya Komissiyası ilə elm və təhsil müəssisələrinin əməkdaşlığı güclənir

Bakı, 2 mart, AZƏRTAC 

Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən islahatlar, struktur və kadr dəyişiklikləri ölkəmizin ictimai-siyasi həyatını zənginləşdirməklə, sosial-iqtisadi sahədə yeni yüksəlişə təkan verməklə yanaşı, Azərbaycan elminin davamlı və dayanıqlı inkişafının təmin edilməsinə münbit şərait yaradıb. Ölkədə insan kapitalının formalaşması və inkişafında böyük əhəmiyyət kəsb edən elmi kadr potensialının təşəkkül tapması və müasir tələblərə uyğun təkmilləşməsi günümüzün aktual problemidir və onun həlli daim dövlətin diqqət mərkəzindədir.

Dövlət müstəqilliyinin bərpasının ilkin dövründə fəaliyyətə başlayan Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası ölkəmizdə elmi kadr hazırlığında, dövlətimizin elmi potensialının inkişafında mühüm rol oynayır və fəaliyyətini bu gün tamamilə yeni forma və məzmunda qurur.

Ölkə başçısının 2019-cu il 11 iyun tarixli fərmanları ilə təsdiq olunmuş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə” Ali Attestasiya Komissiyasının fəaliyyətində köklü dəyişikliklərə təkan verib, elmi kadrların attestasiyası ilə bağlı məsələlərə yeni yanaşmanın tətbiqini təmin edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından AZƏRTAC-a bildirilib ki, qurumun fəaliyyətində baş verən yeniliklərlə bağlı geniş elmi ictimaiyyəti hərtərəfli məlumatlandırmaq, yenilənmiş hüquqi-normativ sənədlərin mahiyyətini açıqlamaq, ali təhsil müəssisələri və elmi təşkilatlarda dissertasiya müdafiələrinin təşkili, elmi dərəcələr və adların verilməsi ilə bağlı prosedur qaydaları şərh etmək məqsədilə elmi və elmi-pedaqoji kollektivlərdə silsilə görüşlər keçirilir, alim və tədqiqatçıları, xüsusilə də elmi dərəcə və elmi ad iddiaçılarını düşündürən məsələlərə aydınlıq gətirilir.

Bu məqsədlə Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayevlə Bakı Dövlət Universitetində, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Dillər Universitetində və Bakı Slavyan Universitetində görüşlər təşkil olunub.

AMEA institutlarının rəhbərləri, təcrübəli alim və tədqiqatçılar, universitetlərin professor-müəllim heyətinin üzvləri ilə yanaşı, doktorant və dissertantların, elmi araşdırmalarda ilk addımlarını atan gənc mütəxəssislərin iştirakı ilə keçirilmiş görüşlərdə AMEA-nın prezidenti akademik Ramiz Mehdiyev, universitet rektorları Elçin Babayev, professor Cəfər Cəfərov, akademik Kamal Abdullayev və professor Nurlana Əliyeva Ali Attestasiya Komissiyasının fəaliyyətinin yenidən təşkili ilə bağlı atılan addımların ölkədə həyata keçirilən köklü islahatların ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıblar.

Elm və təhsil ocaqlarında böyük maraqla qarşılanan bu tədbirlərdə elmi və elmi-pedaqoji kadrların attestasiyası - elmi dərəcə və elmi adların verilməsi prosesini tənzimləyən yenilənmiş hüquqi-normativ sənədlər, prosedur qaydalar və təlimatlar barədə geniş məlumat verilib. Qeyd olunub ki, komissiyanın nüfuzunun bərpa olunması və daha da möhkəmləndirilməsi, elmi adların və elmi dərəcələrin verilməsi prosesinin şəffaflaşdırılması və təkmilləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması istiqamətində atılan hər bir addım ölkə Prezidentinin rəhbərliyi altında və bilavasitə dəstəyi ilə həyata keçirilir. Komissiyanın sədri elmi dərəcələr və elmi adların verilməsi ilə bağlı qaydaların müəyyənləşdirilməsində rəhbərlik etdiyi qurumun bir sıra ölkələrin, o cümlədən Almaniya, Fransa, Türkiyə, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Çin, Koreya və digər dövlətlərin təcrübəsindən yararlandığını diqqətə çatdırıb.

AAK sədri F.Mustafayev komissiyanın fəaliyyətinə dair məlumatları auditoriyaya müqayisəli şəkildə təqdim edib, elmi dərəcə və elmi adların verilməsi ilə bağlı yeni qaydaların əvvəlki qaydalardan, yeni forma və məzmunlu attestasiya sənədlərinin - diplomlar, attestatlar və şəhadətnamələrin ötən illərdəki sənədlərdən nə ilə fərqləndiyini, dissertasiya şuraları və elmi seminarların fəaliyyətində yeniliklərin nədən ibarət olduğunu diqqətə çatdırıb.

Qeyd edilib ki, son ilyarım ərzində Komissiyanın Kollegiyası və Rəyasət Heyətində 2500-yə yaxın işə (o cümlədən elmi dərəcə və elmi adların verilməsi, dissertasiya müdafiələrinin təşkili və elmi rəhbərliklə bağlı icazələrin verilməsi, dissertasiya işlərini xaricdə müdafiə etmiş iddiaçıların müvafiq sənədlərinin təsdiq edilməsi və s.) baxılmaqla yanaşı, aparılan müşahidələr və analitik təhlil nəticəsində ümumi həcmi 300 səhifədən çox prosedur qaydalar, normativ sənədlər və təlimatlar hazırlanıb, elmi dərəcə və elmi adların verilməsi, ölkə hüdudundan kənarda verilən sənədlərin tanınması, elmi seminarların təşkili və keçirilməsi mexanizmləri yenilənib, iddiaçılardan tələb olunan sənədlərdə mücərrədliyin aradan qaldırılması istiqamətində ciddi addımlar atılıb. Bildirilib ki, 2019-cu ildə elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində dissertasiya şuraları fəaliyyət göstərməsə də, ötən illərdə dissertasiyalarını müdafiə etmiş iddiaçılara 339 fəlsəfə doktoru və 57 elmlər doktoru, elmi ad iddiaçılarına 635 dosent və 71 professor attestatı təqdim edilib. Hazırda Ali Attestasiya Komissiyası tərəfindən müəssisə və təşkilatların müraciəti əsasında müxtəlif elm sahələrinə aid ixtisaslar üzrə fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsi üçün 71 Dissertasiya şurası yaradılıb, elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sistemləri və ya bazalarından istifadə imkanları genişləndirilib, elmi məqalələrin ölkədə dərc olunması tövsiyə olunan dövri elmi nəşrlər siyahısı yenilənib.

F.Mustafayev Ali Attestasiya Komissiyası ilə elmi müəssisə və təşkilatlar, ali məktəblər arasında qarşılıqlı əməkdaşlığın həm elmi, həm də elmi-pedaqoji kadr hazırlığının təkmilləşməsinə, ali təhsil ocaqlarının elmi potensialının möhkəmlənməsinə, elmi araşdırmaların səviyyəsinin yüksəldilməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin elm və təhsil müəssisələrində alim və tədqiqatçılarla görüşləri davamlı xarakter daşıyır. Elmi dərəcə və elmi ad iddiaçıları, gənc alim və tədqiqatçılar üçün faydalı ola biləcək bu görüşlərin yalnız paytaxtda deyil, həm də bölgələrdə keçirilməsi nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan çempionu 8 əcnəbi voleybolçu ilə vidalaşıb

® Bakı Fond Birjasında “AccessBank” istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

KİV: Polşa gələn həftə Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq

DİN: Əvvəlki dövrlərdən bağlı qalan 25 cinayət açılıb

Amerika Kuboku: Kolumbiya 1/4 finala yüksəlib, Braziliya ilk qələbəsini qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Faktiki hava: Əksər rayonlarda hava əsasən yağmursuz keçib

Prokurorluq əməkdaşları Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində olublar

Avro-2024: Bu gün 1/8 final mərhələsinə start veriləcək

Avropa çempionatı: Azərbaycanın daha bir boksçusu finala yüksəlib

Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti görüşü keçirilib

Sabirabadda çətənə kolları yetişdirən iki qardaş saxlanılıb

İranda prezident seçkilərində islahatçı Pezeşkiyan liderlik edir VİDEO

ABŞ Qətərdən İsrail və Hizbullah arasında danışıqlarda vasitəçilik etməsini istəyib

Yevlax rayon sakinindən silah-sursat götürülüb

“Asiya uşaqları” Oyunlarında Azərbaycan üzgüçülərinin növbəti uğuru

Tramp “Dəmir günbəz” adlı müasir raketdən müdafiə sistemi yaratmağa söz verib

Araşdırma: Alimlər kütləvi qırğınların qarşısını almağın yollarını tapıblar

ABŞ ordusu raket istehsalı ilə bağlı 4,5 milyard dollarlıq müqavilə imzalayıb

Plastik şüşələrdən su içmək diabet riskini artırır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan etmək niyyətindədir

Qazaxıstanda ən böyük stadionun tikintisinə başlanılıb

Mikroplastik ətrafımızda: Bu problemi necə həll etmək olar?

Bu il ADPU-dən 4700-dən çox tələbə məzun olur

Merilin Monronun evi mədəniyyət abidəsi elan olunub

Parisdə milli motivlər əsasında hazırlanmış zinət əşyaları təqdim edilib

Cənubi Koreya daha 243 adda məhsulun Rusiya və Belarusa ixracına qadağan qoyub

ADNSU-nun daha 5 ixtisasının beynəlxalq akkreditasiya müddəti uzadılıb

İranda prezident seçkilərində səsvermə başa çatıb

FHN: Hacıqabul rayonunda subasmaya məruz qalmış ərazilərdən 81 nəfər təxliyə olunub

Husilər Qırmızı və Aralıq dənizlərində dörd ticarət gəmisinə hücum ediblər

Argentinada cinayət məsuliyyəti yaşı 13-ə endirilə bilər

BVF Ukraynaya 2,2 milyard dollarlıq tranşın ayrılmasını təsdiqləyib

Bakı Ali Neft Məktəbinin komandası 100 min dollar investisiya qazanıb

“Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumuna yekun vurulub

Ermənistan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakını təsdiqləyib

Qaxda baş verən təbii fəlakətlər aqrar sığortanın əhəmiyyətini bir daha göstərdi

Fuad Abbasov: Regionlarda yarışların keçirilməsi insanların gimnastikanı tanımalarına töhfə verir

Azərbaycanın COP29-la bağlı əldə edəcəyi irəliləyiş bizi həvəsləndirir

Tullantıların səmərəli idarə olunması ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Naxçıvanda doğum günü iyun ayında olan şəhidlərin xatirəsi anılıb

Səbinə Əliyeva İstanbulda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının iclasında iştirak edib

Azərbaycan Tibb Universiteti tələbələrinin “Məzun günü” keçirilib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk gününə yekun vurulub

Azərbaycan Milli Kitabxanasından VİDEOREPORTAJ

Moldova şirkəti ilə əməkdaşlıq müzakirə olunub

® “Bakcell” Şuşada yeni mağazasını təqdim etdi

Ceyms O’Brayn: Azərbaycan ilə Ermənistan arasında çox effektli birbaşa kommunikasiya var

ABŞ Dövlət katibinin köməkçisi: Orta Dəhliz bütövlükdə region üçün çox mühüm bir addımdır

ABŞ Dövlət katibinin köməkçisi: Son illərdə baş verən hadisələr Azərbaycana regionda siyasətin dəyişməsində vacib rol oynamağa imkan verib

Ceyms O’Brayn: Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etmişik

“Baku ID” innovasiya festivalına yekun vurulub

“Emissiyanın sıfıra enməsində startapların artan rolu” mövzusunda müzakirə aparılıb

Türkiyə Lideri Suriya Prezidenti ilə görüşü istisna etmir

Beynəlxalq veloyürüşün iştirakçıları Bakıda şəhid uşaqlarına velosiped hədiyyə ediblər

Azərbaycan və Macarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

Azərbaycan ilə ICESCO arasında əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

“Sıfır Tullantı” Bakı Təşəbbüsü qəbul edilib

Azərbaycanla Serbiya arasında ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub

® "Yaşıl dünya naminə həmrəylik ili”nin neft sənayesi qarşısında qoyduğu vəzifələr" mövzusunda tədbir keçirilib

AMEA-da “Divanü lüğat-it-türk”- 950” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Gürcüstanın Baş naziri: Enerji sahəsində milli istehsalın istehlakdan çox olmasını planlaşdırırıq

® Toksikologiya üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş elmi simpozium keçirilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində iclas keçirilib

Naxçıvan Ali Məclisinə seçkilər təyin olunub

Ceyms O’Brayn: 907-ci düzəlişin Azərbaycan ilə sıx əməkdaşlığımıza maneə olduğunu düşünmürəm

İsmayıllı-Lahıc avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa olunub - YENİLƏNİB

Mərkəzi Avropa İnformatika Olimpiadasında məktəblilərimiz uğur qazanıblar

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb - YENİLƏNİB

Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” II gənclər düşərgəsi keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı”nın və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 may tarixli 131 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dövlət Neft Fondu tərəfindən media nümayəndələri üçün təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Siyəzəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baxış keçirib

Ceyms O’Brayn: ABŞ və Azərbaycan regionda təhlükəsizlik çağırışları ilə bağlı daha sıx əməkdaşlıq edəcək

Çaylarda gözlənilən daşqın və sel ilə bağlı xəbərdarlıq

Azərbaycanın veteran futbolçusu: Türkiyə millisi Avropa çempionatında finala çıxa bilər

Xızıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Azərbaycanda ekoloji təmiz dəmir yolu nəqliyyatının inkişaf istiqamətləri

Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiqlənib

ABŞ-ın Şimali Dakota Universitetinin professoru ilə BDU-da görüş

Prokurorluq əməkdaşı ətraf mühitin qorunması ilə bağlı beynəlxalq tədbirdə iştirak edib

“Tullantıdan dəyərə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib

QHT sədri: Gecə-gündüz fasiləsiz xidmət aparan Azərbaycan polisi hər bir vətəndaşın təhlükəsizliyinin keşiyindədir

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağcabədidə vətəndaşlarla görüşüb

Xanım Əziz: Hamı kimi olmaq məcburiyyətində deyilsən, özəlliyini tapmalısan!

“SABAH.city” innovasiya klasterinin yaradılması planlaşdırılır

Qırmızı Qəsəbəyə turist axını davam edir

Sədərək rayonunda taxıl sahəsi yanıb

Musiqi sənəti istiqaməti üzrə ixtisas fənninə aid qabiliyyət imtahanlarına start verilib

Yan Vanmin: Azərbaycanın COP29 konfransını uğurla keçirəcəyi şübhəsizdir VİDEO

“Qəbələ” klubu növbəti futbolçu transferini açıqlayıb

Monteneqro-Azərbaycan biznes-forumu keçirilib

Azərbaycanın xarici işlər naziri ABŞ Dövlət katibinin köməkçisi ilə regional məsələləri müzakirə edib

Biləsuvarda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicilərinin buraxılış mərasimi keçirilib

Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Aqrar Sığorta Fondunun sədri Qaxda vətəndaşları qəbul edib

Bakı İlahiyyat Kollecinə dini mənəvi xidmət ixtisası üzrə qəbul üçün qeydiyyatdan keçmiş abituriyentlərin nəzərinə