ALİ MƏKTƏB TƏLƏBƏLƏRİNİN XI RESPUBLİKA FƏNN OLİMPİADASI KEÇİRİLİR
Təhsil naziri Misir Mərdanov çıxış edərək, ümummilli lider Heydər Əliyevin elm və təhsilimizin inkişafına, dünya təhsil sisteminə inteqrasiya olunmasına daim böyük əhəmiyyət verdiyini, onun ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır. Nazir, tələbələrin elmi tədqiqat işlərinə cəlb olunmasında, bilik və bacarıqlarının aşkara çıxarılmasında fənn olimpiadalarının xüsusi əhəmiyyətini qeyd etmişdir.
Təhsil nazirinin müavini İradə Hüseynova, Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov olimpiada iştirakçılarına uğurlar arzulamışlar.
10 fənn üzrə keçirilən olimpiadada 411 tələbə iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]