Alman maliyyə bankı 2026-cı ildə kriptoaktivlərin saxlanması xidmətini işə salacaq
Bakı, 2 iyul, AZƏRTAC
Almaniyanın “Deutsche Bank” maliyyə nəhəngi 2026-cı ildə özünün kriptoaktivlərin saxlanması xidmətini istifadəyə verməyi planlaşdırır.
AZƏRTAC “Bloomberg”ə istinadla xəbər verir ki, bu təşəbbüsün həyata keçirilməsində “Bitpanda” kriptobirjasının texnoloji bölməsi olan “Bitpanda Technology Solutions” şirkəti iştirak edir. Bundan əlavə bank rəqəmsal aktivlərlə işləmək üçün həllər təqdim edən İsveçrənin “Taurus SA” provayderi ilə əməkdaşlığı davam etdirəcək.
“Bloomberg”in məlumatına görə, “Deutsche Bank” rəqəmsal aktivlərin saxlanmasına marağını hələ 2022-ci ildə bəyan edib. Həmin vaxtdan bəri bank kriptovalyutaların öz maliyyə xidmətlərinə inteqrasiyası imkanlarını fəal şəkildə araşdırır.
Bundan başqa, bank tokenləşdirilmiş depozitlərin tətbiqi ssenarilərini, həmçinin stabilkoinlərin istifadəsini, öz tokeninin buraxılmasını və ya bu sahədəki təşəbbüslərə qoşulma imkanlarını da öyrənir.
Qeyd edək ki, 2024-cü ilin sonunda “Deutsche Bank” ictimai blokçeyn şəbəkələri ilə işləyən bankların qarşılaşdığı tənzimləyici maneələrin aradan qaldırılmasına yönəlmiş pilot layihəyə start verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]