ALMANİYA ƏMTƏƏ İXRACINA GÖRƏ DÜNYADA BİRİNCİ YERDƏDİR
AZƏRTAC-ın xüsusi müxbiri Almaniya Federal Statistika İdarəsinin məlumatına istinadla xəbər verir ki, ölkə 2005-ci ildə də rekord səviyyədə mal ixrac etməklə, üç il bir-birinin ardınca “İxrac ölkələri arasında dünya rekordçusu” titulunu qoruyub saxlamışdır.
Ötən il dünya bazarına “Made in Germany” markası ilə 786,1 milyard avro dəyərində əmtəə ixrac edilmişdir. Bu, 2004-cü ilin göstəricisindən 7,5 faiz çoxdur.