Almaniya hökumətinin nümayəndələri əfqan miqrantların deportasiyasının müzakirəsi üçün Kabilə səfər edəcəklər
Berlin, 28 sentyabr, AZƏRTAC
Almaniya hökumətinin nümayəndələri ölkədəki əfqan miqrantların kütləvi deportasiyası ilə bağlı Taliban hakimiyyəti ilə danışıqlar aparmaq üçün yaxın vaxtlarda Kabilə səfər edəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə daxili işlər naziri Aleksander Dobrindt “Bild am Sontag” qəzetinə açıqlamasında deyib.
Əfqanıstana deportasiyaların müntəzəm şəkildə həyata keçirilməli olduğunu vurğulayan nazir bu barədə Taliban hökuməti ilə danışıqlara başlandığını qeyd edib: “Əfqanıstana deportasiyalar müntəzəm olaraq həyata keçirilməlidir. Buna görə cinayətkarların və təhlükə törədən şəxslərin gələcəkdə ardıcıl şəkildə deportasiya edilməsi barədə danışıqlar aparırıq”.
Nazirliyin nümayəndələrinin Əfqanıstana səfəri oktyabr ayına planlaşdırılır.
Rəsmi Berlinin Taliban hakimiyyəti ilə diplomatik münasibətləri olmadığı üçün rejimin 2021-ci ilin avqustunda iqtidara gəlməsindən sonra Almaniyadan Əfqanıstana yalnız Qətərin vasitəçiliyi ilə iki deportasiya həyata keçirilib. Ötən ilin avqustunda 28 məhkum, bu ilin iyulunda isə əksəriyyəti zorakılıq və cinayətlər törətmiş şəxslər olan 81 nəfər Əfqanıstana təhvil verilib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [05:25]
Şimali Koreya ən son silahlarını uğurla sınaqdan keçirib
- 22.09.2026 [03:37]
Aİ və Avstraliya azad ticarət sazişi üzrə danışıqları yekunlaşdırıb
- 22.09.2026 [03:26]
SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib
- 22.09.2026 [02:18]
Media: MKİ rəhbəri Zelenski ilə İrlandiyada görüşüb
- 22.09.2026 [01:40]
Kuba ABŞ-nin Karib dənizində hərbi mövcudluğunu pisləyib
- 22.09.2026 [00:05]
Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb
ABŞ-də iki böyük hava limanında uçuşlar dayandırılıb
- 21.09.2026 [23:54]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [23:28]
Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 21.09.2026 [23:04]
Saatlıda regionlarda kibertəhlükəsizlik məsələləri müzakirə olunub
- 21.09.2026 [22:50]
Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır
- 21.09.2026 [22:16]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [21:54]
"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır
- 21.09.2026 [21:39]
Azərbaycan cüdoçuları dünya çempionatında daha 3 medal qazanıblar
- 21.09.2026 [21:36]
Bu saata olan əsas xəbərlər
- 21.09.2026 [20:00]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [19:23]
Seyid Yəhya Bakuvi və Azərbaycan təsəvvüf ədəbiyyatı
- 21.09.2026 [19:12]
Belqradda Azərbaycanın milli kulinariya nümunələri nümayiş etdirilib
- 21.09.2026 [19:01]
Xəzərdə zəlzələ olub
- 21.09.2026 [19:00]
Natəvan poeziyasında qəlbin etirafları
- 21.09.2026 [18:40]
Futbol üzrə İspaniya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalanıb
- 21.09.2026 [18:38]
Azərbaycanı kata üzrə dünya çempionatında 4 cüdoçu təmsil edəcək
- 21.09.2026 [18:34]
Lənkəran rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
- 21.09.2026 [18:26]
Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası olub
- 21.09.2026 [18:26]
Energetika Nazirliyində İctimai Şuranın növbəti iclası baş tutub
- 21.09.2026 [18:11]
Azərbaycanın U-20 millisi yoxlama oyununda heç-heçə edib
- 21.09.2026 [17:53]
Bakı və Hamburq limanları arasında əməkdaşlıq güclənir
- 21.09.2026 [17:49]
Bakı beynəlxalq telekommunikasiya ekspertlərini bir araya gətirib
- 21.09.2026 [17:48]
Naxçıvan Dövlət Universiteti yenidən təşkil edilir
- 21.09.2026 [17:48]
MEK-də Dövlət Suverenliyi Gününə həsr olunmuş mühazirə dinlənilib
- 21.09.2026 [17:40]
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
- 21.09.2026 [17:33]
Etnoqraf: Milli geyim gündəlik həyatımızın bir hissəsinə çevrilməlidir
- 21.09.2026 [17:28]
AQTA: Qida müəssisələrində HACCP sisteminin tətbiqi genişləndiriləcək
- 21.09.2026 [17:23]
AFFA-da Region Liqasının yeni mövsümünün formatı təqdim olunub
- 21.09.2026 [17:22]
“Sülhün rəngləri” adlı inklüziv rəsm sərgisi təşkil olunub
- 21.09.2026 [17:20]
Azərbaycandan ixrac olunan çayın dəyəri 5 milyon dolları ötüb – QRAFİK
- 21.09.2026 [17:08]
Məhkəmə Ekspertizasının Metodik Fondu istifadəyə verilib
- 21.09.2026 [17:07]
Koreyalılar Azərbaycan dastanları barədə məlumatlandırılıblar
- 21.09.2026 [17:05]
Sabah Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq
- 21.09.2026 [16:56]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:34]