ALMANİYA İXTİRALARIN PATENTLƏŞDİRİLMƏSİ SAHƏSİNDƏ AVROPADA BİRİNCİ, DÜNYADA İKİNCİDİR
Bu barədə məlumat verən Avropa Patent Departamenti bildirir ki, 2006-cı ildə Ümumdünya Kəşf və İxtiraları Patentləşdirmə İdarəsində patentləşdirilməyə və təsdiqə təqdim olunmuş kəşf və ixtiraların 18,5 faizi Almaniyanın payına düşür. Fransa 6,2 faiz, Niderland 6,1 faiz və Böyük Britaniya 3,6 faiz göstəriciyə malikdir.
Dünya miqyasında isə ABŞ 25 faiz göstərici ilə daimi liderliyi yenə də əlində saxlayır. Yaponiya üçüncü yerdədir - 14,2 faiz.
Dünya şöhrətli PHİLİPS kompaniyası dünyanın tanınmış firmaları arasında ixtiralar sahəsində ən öncül şirkətdir. Firma cari ildə 4170 yeniliyi patent almağa təqdim etmişdir.