Azərbaycan Dövlət İnformasiya Agentliyi

ALMANİYA QƏZETİ BAKI-CEYHANIN UĞURLARI HAQQINDA

Xəzər neftinin dünya istehlak bazarına çıxarılması üçün Bakı-Ceyhan marşrutuna üstünlük verilməsi və əsas ixrac neft boru kəmərinin inşasının başlanması Almaniya ictimaiyyətinin, siyasi dairələrinin və kütləvi informasiya vasitələrinin də diqqət mərkəzindədir.

“Frankfurter alqemayne” qəzetinin siyasi şərhçisi Rayner Herman qəzetin 2 oktyabr nömrəsində dərc olunmuş “Qafqaz üçün pul, Moskva nəzarəti itirir: Bakı-Ceyhan ixrac neft boru kəmərindən udanlar və uduzanlar” sərlövhəli şərhində Bakı-Ceyhan marşrutunun digər alternativ variantlardan üstünlüyünü, kəmərin strateji və təhlükəsizlik baxımından regional dövlətlərin, o cümlədən Azərbaycanın mənafeyinə uyğun gəlməsini, ixrac və idxal dövlətlərinin, habelə tranzit ölkələrin və potensial sərmayəçilərin siyasi və iqtisadi maraqlarını təhlil etmişdir. Məqalənin ixtisarla tərcüməsini oxucuların nəzərinə çatdırırıq.

Yusif XƏLİLOV

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

X X X

Birləşmiş Ştatlar 11 sentyabr 2001-ci ildən sonra ilk dəfə olaraq Qafqaz və Mərkəzi Asiya üçün qarşılıqlı şəkildə sərfəli bir strategiya hazırlamışdır. Rəsmi Vaşinqton neftlə zəngin bu regionda iki məqsəd güdür. Onun birinci məqsədi Xəzərin neft və qazı vasitəsilə Qərbin OPEK-ə daxil olan ərəb ölkələrindən asılılığının qarşısını almaqdır. Digər tərəfdən isə Vaşinqton müsəlmanların sayca üstünlük təşkil etdiyi regionda... sabitliyə nail olmaq əzmindədir. Beləliklə, Birləşmiş Ştatlar əvvəllər ruslara məxsus məkanlarda məskən salmışdır. Vaşinqton dünyanın enerji bazarlarında Rusiyanın payının artmasına imkan yaratdığından, rəsmi Moskva da buna dəstək vermişdir.

Bu sahədə qələbəsinin ilk təntənəsini Vaşinqton sentyabrın 18-də Azərbaycanın Bakı şəhərində, Gürcüstandan keçərək Türkiyənin Aralıq dənizindəki limanı Ceyhana qədər uzanacaq ixrac neft kəmərinin təməli qoyulanda qeyd etdi. 30 aylıq inşaat işlərindən sonra bu boru kəməri ilə Rusiya və İrandan yan keçməklə Ceyhana hər gün bir milyon barrel (hər barrel 159 litrdir) xam neft nəql olunacaqdır. Bu, təxminən Liviyanın OPEK çərçivəsində çıxardığı neftin həcminə bərabərdir.

Bakı-Ceyhan ixrac boru kəməri Azərbaycan neftinin ixracında mümkün olan marşrutlardan ən uzunudur, texniki baxımdan çətin və bahalıdır. Ceyhandan Rotterdama doğru istiqamətləndiriləcək Azərbaycan neftinin hər barrelinin qiyməti 10 dollardır. Bunun təxminən yarısı neftin çıxarılması, nəqli və tranzit rüsumu xərclərinin payına düşür. Azərbaycanda fəaliyyət göstərən bəzi neft şirkətləri Bakı-Ceyhan xəttinin inşasından uzun müddət imtina edirdilər... Lakin coğrafi-strateji amillər nəzərə alınmaqla kəmərin istiqaməti və inşasına rəvac verildi.

Bu işdən birinci olaraq Azərbaycan bəhrələndi. Bu Qafqaz respublikası boru kəməri ilə axıdılacaq neftin nəqlindən və eyni zamanda “Şahdəniz” yatağından hasil olunacaq təbii qazın satışından ildə 10 milyard dollar qazanc əldə edəcəkdir. Neftin ixracında yüksək paya malik Türkiyə də mənfəətlənərək OPEK-dən asılılığını məhdudlaşdıracaqdır. Hər barrelin nəqlindən 1,5 dollar qazanacaq Türkiyə hər şeydən öncə karbohidrogenlərin Xəzər dənizindən Avropaya nəqli istiqamətində ən vacib ötürücü ölkə mövqeyini də təsdiqləmiş olur.

Ərazisində sabitliyin bərqərar olunmasında yüksək maraqları olan Birləşmiş Ştatlar və Türkiyə tərəfindən dəstəklənən Gürcüstan da Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərindən bəhrələnir. Bu respublika ölkə ərazisindən qiymətli xam neftin nəqlinə yol açaraq hər barreldən 0,43 dollar tranzit rüsumu əldə edir. Gürcüstan bu hüquqa ABƏŞ-in kəməri Qara dəniz limanı Supsadan yayındırmaqla səmtini dəyişməsindən sonra nail olmuşdur. Konsorsium1999-cu ilin aprelindən bəri ilkin nefti Supsadan ixrac edir. Həmin kəmərin ixrac gücünü dörd dəfə artıraraq 600 min barrelə çatdırmaq haqqında mülahizə və müzakirələrə baxmayaraq ABƏŞ Ceyhan istiqamətinə üstünlük verdi.

Bu “böyük oyun”da uduzanlar Rusiya, Ermənistan və İrandır... Yeni ixrac kəmərinin Amerikanın müttəfiqləri olan Türkiyə, Gürcüstan və Azərbaycanın nüfuzunu qaldırması və keçmiş sovet respublikalarından neft ixracına nəzarətinin əldən getməsi ilə Rusiya çətin barışa bilər. Beləliklə, Moskva Qafqazın və Mərkəzi Asiyanın yeni müstəqil dövlətləri qarşısında həlledici iqtisadi və siyasi hakimlik sükanını itirməkdədir...

Rusiya Xəzər dənizindən karbohidrogenlərin nəqlinin bölüşdürülməsi uğrunda “böyük oyun”da özünün tranzit inhisarını qoruyub saxlamağa əbəs yerə cəhd göstərmişdir. Azərbaycan neftin nəqlinin iqtisadi sərfəliliyini də öz xeyrinə həll etmişdir. ARDNŞ ötən il Rusiyanın Qara dəniz limanı Novorossiyskə gündə 50 min barrel neft nəql etsə də, yüksək vergi rvsumlarından və yüksək keyfiyyətli neftinə aşağı keyfiyyətli neftin qatılaraq nəql edilməsindən şikayətlənmişdir...

Ən çox itkiyə məruz qalan İrandır. Qazaxıstan hazırda Tehranla gündəlik nəql gücü 1 milyon barrel ola biləcək neft ixrac kəmərinin mümkünlüyü haqda danışıqlar aparır. Amma Amerikanın İran və Liviyaya qarşı sanksiyalar “aktı”na qarşı çıxıb bu planı dəstəkləmək riskinə gedə biləcək bir şirkət hələ də tapılmayıb...

 

Rusiya Avropanın enerji bazarında mövqelərini möhkəmlətməkdədir. Hazırda Avropa öz enerji ehtiyatlarının dörddə üç hissəsini OPEK dövlətlərindən alır. Enerji istehsalını təbii qaza və Şimal dənizində tükənməkdə olan ehtiyatlara keçirən Avropanın bu sahədə Rusiyadan asılılığı get-gedə artmaqdadır...

Rusiyanın “Lukoyl” və “Yukos” neft şirkətləri artıq Balkanın neft emalı zavodlarında payçı kimi iştirak edirlər. OPEK bununla Cənub-Şərqi Avropa bazarlarında öz paylarını itirmiş olur. Bu da Vaşinqtonun strategiyasına tamamilə uyğun gəlir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil

Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

“Yüksəliş” müsabiqəsinin 116 qalibindən 25-i Dövlət Proqramı məzunudur

Meşə və əkin sahələrində yanğınların qarşısının alınması istiqamətində görülən işlər nəzərdən keçirilib

Aqrar sahədə yeni mərhələ: Dövlət Proqramı sektorda müasir inkişaf modelini formalaşdırır

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı  REPORTAJ  VİDEO

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı REPORTAJ VİDEO

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur

Bakı Limanında quru yük aşırılması 77 faiz artıb

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Kopernikin təhsil aldığı universitetdə Bakının polyak memarlığı nümayiş olunur

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib

“Axios”: ABŞ təyyarələri Vensin İranla saziş imzalayacağı mümkün səfərindən əvvəl Avropaya yola düşəcək

İyunun 15-də “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri fəaliyyət göstərməyəcək

Şuşa Bəyannaməsi Azərbaycanın və Türkiyənin ortaq maraqlarının təzahürüdür

La-Manş tunelinin sahibi Böyük Britaniya hökumətinə qarşı hüquqi mübarizəyə başlayacağını açıqlayıb

Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb

Mert Özdeş: İstanbul Bəyannaməsi yeni geosiyasi reallığı dünyaya elan edən kritik sənəddir

BMU və Çinin Pekin Kimya Texnologiya Universiteti birgə fakültə təsis etdi

Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb

Şuşa sakinlərinə tibbi xidmətlər göstərilib

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb

Media nümayəndələri insan hüquqlarının qorunmasına dair maarifləndirici sessiyada iştirak ediblər

® “TuranBank” gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib

Yunanıstan 2027-ci ilin sonunadək Rusiya qazından tam imtina etməyi planlaşdırır

Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər

NATO: ABŞ-nin Avropadakı hərbi gücünü azaltması Alyansı uzunmüddətli perspektivdə gücləndirəcək

Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb

Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub

İçərişəhərdə süni intellektəsaslı həllər tətbiq ediləcək

Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub

Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir

Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb

TƏBİB tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

Xüsusi qabiliyyət imtahanlarının keçirilmə qrafiki açıqlanıb

ATMU-da imtahan sessiyası çərçivəsində “Açıq qapı” günü təşkil olunub

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

Avropa İttifaqında yeni sığınacaq qaydaları qüvvəyə minib

TANAP-ın istifadəyə verilməsindən 8 il keçir

Siyasi şərhçi: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə vizyonunu rəsmiləşdirib

İslam mərasimlərinin folklor semantikası: mənəvi kamillik və sosial həmrəylik

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrinin genişlənməsinə töhfə verməkdədir - Türk jurnalist