Almaniya Ukraynaya indiyədək 40 milyard avro xərcləyib
Bakı, 21 fevral, AZƏRTAC
Avropa ölkələrindən Kiyevə ən çox yardım edən Almaniyadır və indiyədək Ukraynaya 40 milyard avro xərcləyib.
AZƏRTAC xəbər verir ki, bunu Almaniyanın xüsusi tapşırıqlar üzrə naziri Volfqanq Şmidt deyib. Onun sözlərinə görə, qaçqınların xərcləri də daxil olmaqla, Almaniya Ukrayna üçün 40 milyard avrodan çox vəsait ayırıb. “Hətta Almaniya kimi zəngin bir ölkə üçün bu məbləğ ciddi problemdir və hökumət koalisiyasında Ukraynanı dəstəkləmək üçün yeni kreditlərdən istifadənin mümkünlüyü ilə bağlı konsensus yox idi”, - deyə Şmidt bildirib.
Nazir, həmçinin Berlinin vəzifəsinin Kiyevə yardımın göstərilməsi üçün əhalinin dəstəyini təmin etməkdən ibarət olduğunu vurğulayaraq deyib: “Media Ukraynanı kifayət qədər silahla təmin etmədiyi üçün Berlini tənqid edir, halbuki əhalinin təxminən yarısı bizi yardım sayəsində müharibəni uzatmaqda günahlandırır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]