Almaniyalı diplomat İran XİN-ə çağırılıb
Bakı, 1 noyabr, AZƏRTAC
Almaniyanın İrandakı müvəqqəti işlər vəkili AFR hakimiyyətinin ölkədəki hər üç İran konsulluğunu bağlamaq qərarı ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb.
AZƏRTAC IRNA agentliyinə istinadla xəbər verir ki, XİN-in sözçüsü Almaniya hökumətinin İran konsulluqlarını bağlamaq qərarını əsassız addım adlandırıb. O əlavə edib ki, İranın Frankfurt, Hamburq və Münxendəki konsulluqlarının əsas funksiyası Almaniyada yaşayan iranlılara lazımi konsulluq xidmətləri göstərmək, onların maraqlarını dəstəkləməkdir. Buna görə də Berlinin qərarı Almaniyadakı iranlılar üçün lüzumsuz problemlər yaradır və onların əsas hüquqlarını pozur.
İran-Almaniya vətəndaşı Cəmşid Şarməhdin edam edilməsinə cavab olaraq oktyabrın 31-də rəsmi Berlin Almaniyadakı hər üç İran konsulluğunu bağlamaq qərarına gəlib.
Beləliklə, İranın Almaniyada səfirlikdən başqa heç bir diplomatik nümayəndəliyi olmayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]