Azərbaycan Dövlət İnformasiya Agentliyi

Almaniyanın turizm şirkəti almanların Azərbaycana səfəri barədə məlumat yayıb

Almaniyanın turizm şirkəti almanların Azərbaycana səfəri barədə məlumat yayıb

Berlin, 3 oktyabr, AZƏRTAC

Almaniyanın “Eberhardt” turizm şirkətinin internet səhifəsində Almaniyanın Drezden, Leypsiq və Berlin şəhərlərində yaşayan almanlardan ibarət on doqquz nəfərlik turist qrupunun bu yaxınlarda baş tutmuş Azərbaycana səfərinə dair məlumat yerləşdirilib.

Məlumatda Almaniyanın Frankfurt şəhərindən Bakıya gələn turistlərin ilk növbədə Heydər Əliyev Beynəlxalq Hava Limanının müasirliyinə, arxitekturasına heyran olduqları bildirilir.

Səfərin ölkənin paytaxtı Bakı şəhəri ilə tanışlıqla başladığı, şəhərin son illərdə sürətlə inkişaf etdiyi, bu inkişafda neftin böyük rolunun olduğu vurğulanır. 1870-1914-cü illərdə Bakı şəhərindəki neft bumu zamanı varlanan dövrün neft milyarderlərinin villaları təsvir olunur, Bakı şəhərindəki Filarmoniya, Opera və Kukla teatrlarından, Xalça Muzeyindən söz açılır. 2000-ci ildən UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilən İçərişəhər haqqında məlumat verilir. İçərişəhəri ziyarət edən qrupun Şirvanşahlar sarayı, Karvansaray, Qız Qalasında olduğu diqqətə çatdırılır. Qız Qalasının üzərindən şəhəri seyr etdiyi, şəhərdəki müasir tikililərlə şəhərin qədim hissəsi arasındakı kontrastın turistləri heyran etdiyi vurğulanır.

Şəhəri gəzdikdən sonra qrupun 2007-ci ildə UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilən Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu ziyarət etməsi, buradakı qayaüstü rəsmlərin qədim dövrlərdə regionda yaşayan insanların həyatını təsvir etməsi barədə məlumat verilir. Qobustan qoruğundan ayrılan turistlərin palçıq vulkanlarını görmək üçün yola düşdükləri bildirilir. Bələdçinin sözlərinə istinadən bu vulkanlardan çıxan palçığın insan səhhəti üçün faydalı olduğu qeyd olunur.

Azərbaycana səyahətin ikinci günü qrup üzvlərinin Abşerondakı Atəşgah Məbədi Dövlət Tarix-Memarlıq Qoruğu, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, eləcə də açıq səma altında yerləşən Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksini ziyarət etdikləri bildirilir. Günün ikinci yarısında turistlərin Nobel qardaşlarının ev-muzeyi və Heydər Əliyev Mərkəzinə baş çəkdikləri nəzərə çatdırılır.

Qrupun Azərbaycanın tarixi Şamaxı şəhərinə və Lahıc kəndinə də səfər etdiyi nəzərə çatdırılır. Şamaxıya gedərkən turistlərin Diribaba türbəsini ziyarət etdikləri vurğulanır. Vaxtilə Azərbaycanın paytaxtı olmuş Şamaxı şəhərinin zəlzələ nəticəsində dağıldığı, buranın qədim abidələrlə zəngin olduğu, şəhərdə min ildən artıq tarixi olan Cümə məscidinin yerləşdiyi diqqətə çatdırılır. Günün ikinci yarısında Azərbaycanın Lahıc kəndinə üz tutan qrup üzvlərinin buradakı dulusçuların hazırladıqları əl işləri ilə tanış olduqları, müxtəlif suvenir və ədviyyatlar əldə etdikləri qeyd olunur.

Səfərin növbəti günü Qəbələ şəhərinə yollanan turistlərin burada arxeoloji muzeyə baş çəkdikləri və qazıntıların aparıldığı yerlərdə olduqları bildirilir. Burada alman arxeoloqların da iştirak etdiyi beynəlxalq arxeoloqlardan ibarət komandanın qazıntılar aparmasından söz açılır. Qəbələdən ayrılan qrupun Azərbaycanın tarixi Şəki şəhərinə səfər etdiyi vurğulanır. Zəngin tarixə malik olan Şəkidə qədim dövrlərdə Albaniya dövlətinin mövcud olduğu, burada qədim Alban xristian kilsəsinin yerləşdiyi nəzərə çatdırılır. Ərəb istilasından sonra Şəkinin Abbasilər xilafətinə daxil edildiyi, sonralar isə XVIII əsrdə müstəqil dövlətin paytaxtına çevrilməsi barədə məlumat verilir. Məlumatda qrupun Kiş kəndindəki X-XII əsrlərə aid olan kilsəyə baş çəkdiyi qeyd olunur və kilsənin “Qafqaz kilsələrinin anası” hesab edildiyi bildirilir. Şəkinin məşhur Xan Sarayını ziyarət edən turistlərin sarayın divarlarındakı əl işləri, rəngli şüşələrdən hazırlanmış şəbəkələrinə heyran olduqları vurğulanır. Xan Sarayının mismar və yapışqandan istifadə edilmədən inşa edildiyi diqqətə çatdırılır.

Qrupun 200 il öncə Azərbaycana köç edərək burada özlərinə məskən salmış almanların yaşadığı Helenendorfa, indiki Göygölə səfər etdiyi bildirilir. İlk növbədə burada yaşamış almanların qəbirlərini ziyarət edən turistlərin şəhərdəki alman evangelik kilsəsinə baş çəkdikləri, buradakı muzeylə tanış olduqları, şəhərdə yaşamış sonuncu alman - Viktor Klaynın ev-muzeyində olduqları diqqətə çatdırılır. Qrupun Azərbaycanın tarixi Gəncə şəhərinə gələrək Azərbaycanın görkəmli şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət etməsi barədə məlumat verilir. Turistlərin Gəncədən sonra Göyçaya oradan da Bakı şəhərinə yollandıqları qeyd olunur.

Azərbaycana səyahətin sonuncu gününü Bakı şəhərində keçirən almaniyalı turistlərin Azərbaycan Milli Xalça Muzeyini ziyarət etdikləri qeyd olunur. Muzeydə XIV əsrə və bürünc dövrünə aid olan, keramika və metaldan hazırlanmış on mindən çox tarixi eksponatın, XVII-X əsrlərə aid xalçaların nümayiş olunduğu diqqətə çatdırılır. Muzeyin birinci mərtəbəsində gözəl suvenirlər əldə etməyin mümkün olduğu vurğulanır.

Səyahətin sonuncu günü turistlərin Heydər Əliyev Hava Limanına gələrək, heç bir problemlə üzləşmədən qısa zaman kəsiyində qeydiyyatdan keçdikləri və rahat şəkildə Almaniyaya qayıtdıqları qeyd olunur. Ölkəmizin, onun tarixi yerlərinin, milli təamlarının turistlərdə unudulmaz təəssüratlar buraxdığı nəzərə çatdırılır.

Məlumatın sonunda alman turistlərin Azərbaycana səfər zamanı çəkdikləri ölkəmizin şəhərlərini, tarixi abidələrini, Bakı şəhərindəki qədim və müasir tikililəri, ölkəmizin milli mətbəxini və adət-ənənələrini əks etdirən fotoşəkillər yerləşdirilib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb