Almatıda “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının ümumi iclası keçirilib


Bakı, 8 fevral, AZƏRTAC
Qazaxıstanın Almatı şəhərində “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının ümumi iclası keçirilib.
AZƏRTAC “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda Azərbaycanı QSC sədri Rövşən Rüstəmovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
İclasda 2022-ci il üzrə Fəaliyyət Planına dair hesabat dinlənilib, daha sonra müvafiq marşrut üzrə 2023-cü ilin fəaliyyət planı, tarif siyasəti və “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinə yeni üzvlərin qəbulu müzakirə olunub.
Almatı şəhərinə səfəri çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Qazaxıstan, Gürcüstan və Türkiyə dəmir yolları qurumlarının nümayəndə heyətləri ilə görüşüb. Görüşlərdə qarşılıqlı əməkdaşlıq əlaqələri, tranzit potensialının artırılması imkanları müzakirə olunub.