AMADA Respublika Günü münasibətilə təmizlik aksiyası keçirib
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Ətraf mühiti zibildən təmizləyək!” çağırışı ilə təmizlik aksiyası keçirib.
AZƏRTAC AMADA-ya istinadla xəbər verir ki, 28 May - Respublika Gününə həsr edilən aksiya zamanı agentliyin əməkdaşları, dopinq nəzarətçiləri, peşəkar idmançılar və məşqçilər Bilgəh çimərliyində plastik, şüşə, taxta, kağız və digər tullantılar toplayıblar.
Aksiyaya Azərbaycanın karate, voleybol, qılıncoynatma, velosiped idmanı və atletika federasiyalarının nümayəndələri də qatılıblar.
Öz işində təmizlik və saflıq prinsiplərini rəhbər tutan AMADA bu cür aksiyaları mütəmadi olaraq keçirməyi planlaşdırır.