Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun yaradılmasından 15 il ötür

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun yaradılmasından 15 il ötür

Naxçıvan, 8 aprel, AZƏRTAC

Naxçıvanın tarixi və mədəniyyəti ilə bağlı nadir sənət nümunələri, qədim kitab və məktublar 5 minillik yаşı olan Nuh yurdunun öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Muxtar respublikada xalqımızın milli-mənəvi dəyərlərini toplamaq, qoruyub saxlamaq və təbliğ etmək kimi şərəfli bir missiyanı həyata keçirən AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun yaradılmasından artıq 15 il ötür.

AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin əməkdaşı Türkanə Bəylərli deyib.

Əlyazmalar Fondu Naxçıvana aid müxtəlif tarixi qaynaqları əhatə edən əlyazma və qədim çap kitabları ilə zənginləşib.

“Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli lider Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli sərəncamı ilə yaradılan və Naxçıvanda elmin mərkəzi məbədgahına çevrilən akademiyanın Naxçıvan Bölməsinin 6 elmi-tədqiqat müəssisəsindən biri olan Əlyazmalar Fondu 2005-ci ilin aprelin 8-dən fəaliyyət göstərir. Daim dövlət qayğısı ilə əhatə olunan fond son illər Naxçıvan Muxtar Respublikasına aid müxtəlif tarixi qaynaqları əhatə edən əlyazma və qədim çap kitabları ilə zənginləşib”, - deyən Türkanə Bəylərli bildirib ki, əlyazmaların toplanılması, sistemləşdirilməsi, kataloqlaşdırılması, qorunması, tədqiqi, nəşri, təbliği, mədəniyyətimizin və tariximizin qaranlıq səhifələrinin üzə çıxarılması, ümumiyyətlə, Azərbaycan elminin, onun ayrı-ayrı sahələrinin inkişaf tarixinin öyrənilməsini qarşıya məqsəd qoyan fondda bu gün 600-dək qədim əlyazma və çap kitabı mühafizə olunur. Azərbaycan, türk, fars, ərəb və başqa dillərdə tarix, dilçilik, ədəbiyyatşünaslıq, məntiq, fəlsəfə, həndəsə, riyaziyyat, astronomiya, tibb, coğrafiya və digər elm sahələrini əhatə edən qiymətli materialların 90-dan çoxu əlyazma, qalanı isə daşbasma üsulu və elektrik mətbəəsində çap olunan kitablardır.

Fondda qorunub saxlanılan bir sıra nadir sənət nümunələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən hədiyyə edilib. Bir qismi fond əməkdaşları tərəfindən ərazidə ekspedisiyalar zamanı toplanılıb, qalanları isə müxtəlif şəxslər və təşkilatlar, eləcə də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən fondun balansına daxil olunub.

Qədim əlyazmalar

Türkanə Bəylərlinin sözlərinə görə, bunların arasında ən qədimi “Qurani-Kərim”in incə nəstəliq xətti ilə ərəbcə yazılan bəzi ayələri və dua nümunələri toplanan kiçik formatlı əlyazmadır. Bu əlyazma təxminən 500 il bundan əvvələ aiddir. Həmçinin müəllifi Abdullah Məhəmməd Nasiri olan 400 il bundan əvvəl ərəbcə yazılan “Ehticac” adlı əlyazma və Hacı Molla Əbdülkərim ibn-Məhəmmədəli Xorasaninin 1224 hicri qəməridə (miladi 1824) çap olunan farsca “Ənisül vaizin” fondda qorunan ən qədim çap kitabıdır. Ən qədim türkdilli kitab isə Əsgər ibn-Hüseyn bəy Ordubadinin sifarişi ilə katib Məşədi Hacı ağa Təbrizi tərəfindən üzü köçürülən Məhəmməd Füzulinin Azərbaycan dilində olan “Leyli və Məcnun” poemasıdır.

Bu gün fondun kitabxanasında Azərbaycan, ərəb, fars, ingilis və rus dillərində əksəriyyəti əlyazmaşünaslıq və mətnşünaslığa aid 300-dək müasir çap kitabları saxlanılır. Fondda qorunan naqis kitabların bir qismi bərpa olunub, 200-dək kitab cildlənib və onlara müəyyən gigiyenik xidmət göstərilib.

15 ilin uğuru

Ötən 15 ildə bu elmi-tədqiqat müəssisəsində əlyazmaların toplanılması və tədqiqi, onların gələcək nəsillərə çatdırılması üçün bir sıra mühüm işlər görülüb. Belə ki, nadir sənət nümunələrinin kataloqlaşdırılması həyata keçirilib. Ötən dövrdə fondun arxivində mühafizə olunan qədim əlyazma və çap kitablarının demək olar ki, hamısına ilkin elmi rəylər yazılıb, onların adı, müəllifi, katibi, tərcüməçisi, yazılma, çap edilmə tarixi, yeri, xətti, həcmi və məzmunu müəyyən edilib. Fondda Məhəmmədhəsən Ordubadinin həyatı və əsərləri, Mirzə Mehdi xanın üzü Naxçıvanda köçürülmüş “İxtisarname-ye ovliya-ye adəmiyyət”, Bayrək Quşçuoğlunun əlyazmaları, Əli Əkbər ibn-Məhəmmədrza Dəllak Naxçıvaninin “Muxtarnamə” əsərinin paleoqrafik xüsusiyyətləri, Kazım Ordubadinin “Tibbə dair qeydlər”, Müseyib Naxçıvaninin “Həqayiqi ət-tarix”, Hatif İsfəhani Ordubadinin “Tibnamə”, Əliqulu Mirzayi Naxçıvaninin “Əqaid-e fəlsəfə”, Fazil Naxçıvaninin haşiyə və xülasə yazdığı “Böyük Qarabaddin”, Hacı Molla Məhəmməd Naxçıvaninin “Səhabəd-dümu”, “Qürrətül-əbsar”, “Məzahir ən-Nur” və digər əsərlər tədqiqata cəlb olunub.

Türkanə Bəylərli qeyd edib ki, sadalanan bu əsərlər tarixin müxtəlif dövrü üzrə tədqiqinin dərinləşməsində istifadə edilə biləcək mənbə kimi qiymətlidir. Həmin mənbələr dövrünün elmi mühitini yaxından izləmək üçün əsaslı zəmin yaratması ilə yanaşı o dövrdə regionun ədəbi dili, kitabçılıq sənəti, katiblik, təzkirəçilik və başqa sahələrin öyrənilməsində əsaslı qaynaq kimi də istifadə oluna bilər.

Çoxsaylı kitab və monoqafiyalar işıq üzü görüb

Əməkdaşlar tərəfindən “Naxçıvanın milli-mənəvi sərvəti olan əlyazma mətnlərinin araşdırılması”, “Hacı Molla Məhəmməd Naxçıvaninin “Səhabət dümu” əsərində fəlsəfi düşüncələr”, “Naxçıvanın mənəvi-mədəni irsinə dair əlyazma mətnləri”, “Nemətullah Naxçıvani: XV əsrin görkəmli təsəvvüf və təfsir alimi”, “Naxçıvanı öyrənən elmi cəmiyyət”, “Mirzə Əli Möcüzün əlyazmaları”, “Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” və başqa kitab və monoqafiyalar çap olunub. Bundan başqa, “Hacı Məhəmməd Naxçıvaninin Təbriz Mərkəzi Kitabxanasına hədiyyə etdiyi kitabların kataloqu” və fondda mühafizə edilən 48 əlyazma və 134 əksi çap kitabının qısa təsvirini əks etdirən “Fars dilli əlyazmalar və əski çap kitabları kataloqu” işıq üzü görüb. Elmin müxtəlif sahələrinə aid bu kitabların əksəriyyəti Naxçıvan Muxtar Respublikasının ərazisindən - Şərur, Sədərək, Kəngərli, Babək, Culfa, Ordubad, Şahbuz rayonlarının ərazilərindən toplanılıb. Hazırda isə fondda qorunan türkdilli əlyazmaların kataloqu çapa hazırlanır.

Görülən işlərin nəticəsi olaraq ümumilikdə fond əməkdaşlarının 25 kitab və monoqrafiyası, 300-dən çox məqalə və məruzəsi çap olunub. Bunlarla yanaşı fondda Naxçıvanın elm, ədəbiyyat, mədəniyyət və maarif xadimlərinin şəxsi arxivlərinin yaradılması işinə də başlanılıb. Artıq XX əsrin 20-70-ci illərində Naxçıvanın ictimai-siyasi, elmi və ədəbi-mədəni mühitində özünəməxsus izi olan Seyid Səbrinin şəxsi arxivi yaradılıb.

Qarşılıqlı əməkdaşlıq elmi tədqiqatların genişlənməsinə yol açıb

Türkanə Bəylərlinin sözlərinə görə son illər beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində ciddi tədbirlər görən Əlyazmalar Fondu Təbriz Universiteti və Təbriz Mərkəzi Kitabxanası, Təbrizdəki “Əxtər” nəşriyyatı ilə yaxından əməkdaşlıq edir. Həmçinin ölkənin elm və təhsil müəssisələri ilə də sıx əməkdaşlıq həyata keçirir. Əməkdaşlar bir sıra respublika və beynəlxalq konfranslarda, simpoziumlarda elmi məruzələrlə yaxından iştirak edirlər. Fondun işinin daha səmərəli və keyfiyyətli təşkili və onun zənginləşdirilməsi ilə bağlı burada tez-tez tədbirlər keçirilir, qarşıda duran vəzifələr müzakirə edilir, fikir mübadiləsi aparılır.

Akademiyanın Əlyazmalar Fondu ilə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb ki, bu sənəddə də hər iki tərəfin birgə tədqiqatlar və təcrübə mübadiləsi aparması, gənc əməkdaşların peşəkarlıq səviyyəsini artırmaq üçün nəzəri və təcrübi məsləhətlərin verilməsi işinin təşkili, qarşılıqlı yardım əsasında tərəflərin kitabxana və arxivlərinin zənginləşdirilməsi və digər məsələlər öz əksini tapıb. Əməkdaşlığın əsas məqsədi qədim əlyazma və çap kitablarının toplanılması, bərpası, kataloqlaşdırılması, mühafizəsi, tədqiqi, nəşri və təbliği vasitəsilə Azərbaycan xalqının elmi və ədəbi-mədəni potensialını, həmçinin milli və dini dəyərlərini nümayiş etdirməkdən ibarətdir.

Bütün bunlar deməyə əsas verir ki, AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun kollektivi bundan sonra da yazılı abidələrimizi, əlyazmalarımızı qoruyub saxlamaq, dərindən tədqiq etmək və gələcək nəsillərə ötürmək üçün əlindən gələni əsirgəməyəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb