AMEA-NIN PORTALI ERMƏNİ HAKERLƏRİN HÜCUMUNA MƏRUZ QALMIŞDIR
Araşdırmalar nəticəsində aşkar olunmuşdur ki, hücum cari il iyulun 22-də Ermənistan ərazisində yerləşən Xalt llc AUA Center adlı internet xidmətləri provayderi tərəfindən edilmişdir.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının bu portalı böyük informasiya bazasına və güclü axtarış sisteminə malik beynəlxalq əhəmiyyətli informasiya resursudur. Erməni hakerlərinin əməli nəticəsində həmin resursa böyük maddi və mənəvi ziyan vurulmuşdur.
Bu hərəkətlər təkcə Azərbaycanın deyil, həmçinin bütün dünya elmi ictimaiyyətinin informasiya mədəniyyətinə hörmətsizlik, mübarizənin fiziki müstəvidən virtual müstəviyə keçməsinə sübut olmaqla bərabər, müasir qlobal dövrün, XXI əsrin sivil tələblərinə də ziddir.
Bütün bunları nəzərə alaraq, Azərbaycan elmi ictimaiyyəti portala hücum etmiş hakerlərin hərəkətlərini pisləyir və beynəlxalq hüquq normalarına müvafiq cəzalandırılmasını tələb edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]