AMERİKA ARXEOLOQLARI YƏMƏNDƏ DÜNYANIN DAHA BİR MÖCÜZƏSİNİ TAPMIŞLAR
Xanım Fillips bildirmişdir ki, gələn il qədim sabeylərin dua etdikləri bu məbəddə bərpa işləri aparılacaqdır.
Antik dövrdə dünyanın yeddi möcüzəsi olmuşdur. Onlardan yalnız biri - Misir ehramları bizim günlərə gəlib çatmışdır.
Əfsanəyə görə, bizə Sava mələkəsi kimi tanınan Bəlkisin hakimiyyəti illərində Yəmən dünyanın ən zəngin ölkəsi idi. Yəmən qumun qızıldan dəyərli olduğu, cənnət bağları ilə zəngin, insanların müharibədən xəbərsiz, əmin-amanlıq şəraitində yaşadığı sirli-sehirli məmləkət kimi təsvir edilir. Hazırda bu ölkədə əvvəlki cah-cəlaldan yalnız minillik xarabalıqlar və müdriklikdə Süleyman peyğəmbərə bərabər olan böyük mələkə haqqında əfsanələr qalmışdır.
Əfsanəvi mələkənin eramızdan əvvəl 1000-950-ci illərdə yaşadığı saray Yəmənin başlıca turizm obyektidir. Burada Sabey dövlətinin tarixinə həsr olunan muzey açılacaqdır. Həmin layihə üzərində çalışan mütəxəssislərin sözlərinə görə, Sava mələkəsinin sarayı dünya mədəniyyətinin bütün bəşəriyyətin sərvəti olan incisidir.