Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMERİKA-AZƏRBAYCAN TİCARƏT PALATASININ İLLİK KONFRANSI

Martın 7-də Vaşinqtonun “Renessans” mehmanxanasında Amerika-Azərbaycan Ticarət Palatasının (AATP) növbəti, 5-ci illik konfransı keçirilmişdir. “Azərbaycan: müstəqillikdən 10 il sonra, imkanlar və perspektivlər” mövzusunda keçirilən konfransda respublikamızın nümayəndə heyətinə iqtisadi inkişaf naziri Fərhad Əliyev və ARDNŞ-in xarici sərmayələr idarəsinin rəisi Valeh Ələsgərov daxil idilər. 

Konfrans Azərbaycanın qeyri-neft sektorunu təmsil edən bir sıra şirkətlərinin sərgisinə baxışla başlandı. Tədbir iştirakçıları həmin şirkətlərin məhsul və xidmətləri ilə tanış oldular, ölkəmizin iqtisadiyyatının müxtəlif sahələrinin inkişaf perspektivləri barədə məlumat aldılar.

AATP-nin həmsədrləri Tim Seyka və Rza Vəziri konfransı açaraq, iştirakçıları təbrik etdilər.

Sonra Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyevə söz verildi. Ötən 10 il ərzində ölkə iqtisadiyyatının inkişafı haqqında ətraflı məlumat verən nazir vurğuladı ki, Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində mühüm uğurlar əldə olunmuşdur. Makroiqtisadi sabitlik, inflyasiyanın səviyyəsinin aşağı olması ölkənin inkişafındakı müsbət meylləri göstərir. Bütün bunlar, habelə ictimai-siyasi sabitliyin təmin olunması Azərbaycanda əlverişli sərmayəyə yaxşı mühit yaratmışdır. Neft və qaz sektoru xarici sərmayə qoyulan əsas sahə olsa da, son illər ölkə iqtisadiyyatının digər sahələrinə də maraq artır.

F.Əliyev onu da bildirdi ki, bu sahədə normativ-hüquqi baza yaratmaq üçün beynəlxalq təsisatların rəyi və müasir dünya təcrübəsi nəzərə alınmaqla qanunlar qəbul olunmuşdur və bu iş davam edir.

Daha sonra nazir Azərbaycan iqtisadiyyatının inkişaf perspektivləri, özəlləşdirmə, iqtisadi islahatların sürəti, sərmayə mühitinin sərbəstləşdirilməsi və digər məsələlər haqqında konfrans iştirakçılarının çoxsaylı suallarına cavab verdi.

Konfransda “Xarici siyasətin üstün istiqamətləri. 11 sentyabrdan sonra Amerika-Azərbaycan münasibətləri” mövzusunda müzakirələrdə respublikamızın Vaşinqtondakı səfiri Hafiz Paşayev, ABŞ-ın Bakıdakı səfiri Ross Uilson və senatın beynəlxalq münasibətlər komitəsinin aparıcı əməkdaşı Devid Merkel çıxış etdilər. Müzakirələrin aparıcısı, Harvard Universitetinin Xəzər proqramının rəhbəri professor Qrem Allison vurğuladı ki, 11 sentyabr hadisələrindən sonra Qafqaz və Orta Asiyanın strateji əhəmiyyəti ABŞ-da heç kimdə şübhə doğurmur.

On il bundan öncə diplomatik münasibətlər yaradıldıqdan sonra ölkəmizin əlaqələrində xeyli tərəqqi olduğunu xatırladan səfir H.Paşayev dedi ki, əgər əvvəllər biz ABŞ-ın respublikamıza marağından danışırdıqsa, indi bu iki dövlətin strateji əməkdaşlığından söhbət açmaq olar.

Ölkələrimiz arasında əməkdaşlığın təşəkkülü və möhkəmlənməsi prosesində AATP-nin rolunu yüksək qiymətləndirən diplomat bildirdi ki, bu palata Amerika biznesinin Azərbaycan iqtisadiyyatının imkanları və perspektivləri haqqında məlumatlandırılmasında mühüm xidmət göstərmişdir.

Səfir vurğuladı ki, ötən ilin 11 sentyabr hadisələrindən sonra ölkələrimizin münasibətləri keyfiyyətcə yeni xarakter almışdır. Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizə aparmaq niyyətində ABŞ-ı dəstəklədiyini bəyan etmiş və bu məsələdə ona kömək göstərməyə hazır olduğunu bildirmişdir. Bu sahədə ölkələrimizin fəal əməkdaşlığı Azərbaycan və ABŞ arasında yaranmış uğurlu tərəfdaşlıq münasibətlərinin təsdiqi kimi qiymətləndirilməlidir.

H.Paşayev daha sonra GUÖAM çərçivəsində əməkdaşlıqdan danışaraq dedi ki, terrorizm təhlükəsini aradan qaldırmaq üçün regionun qərb meylli ölkələri ilə fəal işləyir. Bu baxımdan biz ABŞ-ın GUÖAM-la əməkdaşlığa diqqətinin artmasını alqışlayır və hesab edirik ki, bu sahədə həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə tərəfdaşlıq üçün yaxşı perspektivlər mövcuddur.

Azərbaycan səfiri ölkəmizin ərazisinin bir hissəsinin hələ də Ermənistanın işğalı altında olduğunu xatırlatdı və bildirdi ki, təcavüzkar həmin əraziləri azad etməyincə, regional əməkdaşlıqdan söhbət gedə bilməz. Diplomat onu da vurğuladı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması regionda vəziyyətə və hazırda beynəlxalq terrorçuların və narkobiznesin istifadə etdikləri ərazilərə nəzarət olunmasına gətirib çıxara bilər.

Azərbaycan diplomatı əmin olduğunu bildirdi ki, məlum 907-ci düzəlişin qüvvəsinin dayandırılması Azərbaycan ilə Birləşmiş Ştatlar arasında əməkdaşlığın üfüqlərini xeyli genişləndirməyə və strateji tərəfdaşlığı möhkəmləndirməyə imkan verəcəkdir.

Sonra çıxış edən səfir Ross Uilson ötən 10 ildə ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin yaradılmasında xeyli tərəqqi əldə olunduğunu vurğulayaraq dedi ki, 11 sentyabr hadisələri dünyada mövcud vəziyyəti əsaslı surətdə dəyişmiş və ABŞ-Azərbaycan münasibətlərinin xarakterinə bilavasitə təsir göstərmişdir.

ABŞ diplomatı dedi ki, hazırda ölkələrimizin qarşılıqlı münasibətlərinin gündəliyində bir necə məsələ durur. Onun fikrincə, bunlar aşağıdakılardır: regional sabitlik problemi və münaqişənin sülh yolu ilə həlli. Bunların həll edilməməsi regional əməkdaşlığa mane olur. Cənab Uilson Azərbaycan Prezidenti Heydər Əliyevin münaqişənin sülh yolu ilə aradan qaldırılmasına tərəfdar olduğunu xüsusi vurğuladı. Energetika sahəsində əməkdaşlıq. Bu istiqamətdə kooperasiyanın genişləndirilməsi üçün böyük perspektivlər var, Bakı-Tbilisi-Ceyhan layihəsindəki tərəqqi mühüm uğur hesab edilməlidir; İqtisadi islahatlar. Qeyri-neft sektorunun inkişafı. Beynəlxalq maliyyə təsisatları ilə əməkdaşlıq və qanunvericilikdə dəyişikliklər ölkə rəhbərliyinə iqtisadi islahatları uğurla aparmaqda kömək etməlidir; Təhlükəsizlik sahəsində əməkdaşlıq. Beynəlxalq terrorizmə qarşı mübarizədə ölkələrimizin əməkdaşlığı bu sahədə böyük nailiyyət hesab olunmalıdır; Azərbaycanda demokratik islahatların həyata keçirilməsinin davam etdirilməsi. ABŞ demokratik cəmiyyət quruculuğu istiqamətində Azərbaycanın qətiyyətli mövqeyini alqışlayır və hesab edir ki, gələcəkdə bu sahədə ölkələrimizin əməkdaşlığı üçün yaxşı perspektivlər var.

Sonra çıxış edən cənab Devid Merkel bildirdi ki, beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycanın və ABŞ-ın əməkdaşlığını konqres müsbət qiymətləndirir. O dedi ki, konqresin analitik strukturları regiondakı vəziyyəti təhlil edərkən bir sıra məsələlərə, o cümlədən 11 sentyabr hadisələrindən sonra regionda baş vermiş dəyişikliklərə, Xəzərin enerji ehtiyatlarının işlənilməsinin Cənubi Qafqazda vəziyyətə təsirinə, ABŞ-Rusiya və ABŞ-Azərbaycan münasibətlərindəki dəyişikliklərə diqqət yetirirlər. Bütün bu amillərin təhlili regionda Amerikanın mövqeyinin formalaşdırılmasına kömək edir. Cənab Merkel vurğuladı ki, Cənubi Qafqazın ABŞ-ın mənafeləri baxımından strateji əhəmiyyət kəsb etməsi heç bir şübhə doğurmur.

Fasilə zamanı Amerika hökümətinin Ticarətin inkişafı agentliyinin direktoru Telma Aski və respublikamızın iqtisadi inkişaf naziri Fərhad Əliyev Dünya Ticarət Təşkilatına üzv qəbul olunmaq prosesində Azərbaycana 1 milyon dollar məbləğində texniki yardım göstərilməsi haqqında sənəd imzaladılar. İmzalama mərasimində ABŞ dövlət katibinin birinci müavini Riçard Armitac iştirak etmişdir.

Daha sonra Riçard Armitac AATP-nin həmsədri vəzifəsində çalışarkən və hazırda ABŞ-Azərbaycan əlaqələrinin genişlənməsində xidmətlərinə görə “Görkəmli lider“ liyə görə mükafatına layiq görüldü. Mükafatı səfir Hafiz Paşayev və AATP-nin həmsədri Rza Vəziri təqdim etdilər.

Cənab Riçard Armitac öz çıxışında ABŞ-Azərbaycan münasibətlərinin inkişafında, ölkəmiz və ümumən region haqqında obyektiv informasiyanın yayılmasında AATP-nin xeyli rolu olduğunu vurğuladı. O, 11 sentyabr hadisələri ilə bağlı Azərbaycanın mövqeyini yüksək qiymətləndirərək xatırlatdı ki, Prezident Heydər Əliyev elə həmin gün Prezident Corc Buşa başsağlığı məktubu göndərmiş, ertəsi gün isə Bakıda Amerika səfirliyinə gedərək xatirə kitabına ürək sözlərini yazmışdır. R.Armitac həmin faciəli günlərdə Amerika xalqı ilə həmrəyliyinə görə Azərbaycan xalqına minnətdarlığını bildirdi və dedi ki, bu, Vaşinqtonda diqqətdən kənarda qalmamışdır. Azərbaycan terrorçularla mübarizədə ABŞ-ı dəstəkləmiş və özünün hava məkanını bu məqsədlə istifadə üçün açmışdır. Bu, beynəlxalq terrorçu təşkilatların kökünün kəsilməsində Azərbaycanın möhkəm və qətiyyətli mövqe tutduğunu göstərir. Cənab Armitac terrorizmlə mübarizədə ölkələrimizin əməkdaşlığını “müstəsna əməkdaşlıq” kimi səciyyələndirdi.

Amerika-Azərbaycan münasibətlərinin indiki vəziyyətindən söhbət açan dövlət katibinin birinci müavini bildirdi ki, 907-ci düzəlişin qüvvəsinin dayandırılması ikitərəfli əməkdaşlıq imkanlarını xeyli genişləndirmişdir. Siyasət, iqtisadiyyat sahələrində, habelə hərbi sahədə Azərbaycana kömək göstərmək üçün proqramlar hazırlanmışdır. Bunlar demokratik, dünyəvi cəmiyyət quruculuğunda Azərbaycana kömək göstərəcəkdir. Diplomat Azərbaycanda məcburi köçkünlərə ABŞ-ın humanitar yardımının davam etdirilməsinin zəruriliyini də vurğuladı.

Cənab Armitac Xəzərlə bağlı məsələlərdən danışarkən vurğuladı ki, Xəzər sülh və əməkdaşlıq dənizi olmalıdır. ABŞ bu sahədə Azərbaycanı həmişə dəstəkləyəcəkdir.

Konfransın sonrakı iclası Azərbaycanın iqtisadi inkişafı mövzusuna həsr olunmuşdu. Müzakirələrdə çıxış edənlər ötən müddətdə Azərbaycanın iqtisadi sahədə, o cümlədən Xəzərin enerji ehtiyatlarının işlənilməsində xeyli uğurlar qazandığını vurğulamaqla yanaşı, ölkə iqtisadiyyatının digər sahələrinin dirçəldilməsinə də ciddi diqqət yetirilməsinin vacibliyini xatırlatdılar. Bu mövzuda müzakirələr sual-cavabla başa çatdı.

Konfransın yekun iclasında Azərbaycanın neft və qaz sektorunun inkişafından söhbət getdi. ARDNŞ-in xarici sərmayələr idarəsinin rəisi Valeh Ələsgərov geniş məruzə ilə çıxış edərək ölkəmizin energetika sektorunun inkişafının əsas mərhələlərindən söhbət açdı. O dedi ki, Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xarici şirkətləri Xəzərin təbii sərvətlərinin birgə işlənilməsinə fəal surətdə cəlb etmişdir və etməkdədir. Bu, ölkəmizin energetika sektorunun modernləşdirilməsində xeyli irəliləyişə nail olmağa və xarici sərmayələri uğurla cəlb etməyə imkan vermişdir.

Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsindən danışan V.Ələsgərov onun reallaşdırılması ilə bağlı işlərin vəziyyəti barədə məlumat verərək dedi ki, bəzi bədbinlərin söylədiklərinin əksinə olaraq, şirkətlər yaxın gələcəkdə boru kəmərinin çəkilişinə başlamaq niyyətindədirlər. O xatırlatdı ki, boru kəmərinin marşrutu siyasi mülahizələr deyil, dəqiq iqtisadi reallıqlar nəzərə alınmaqla seçilmişdir. Hazırda Azərbaycanda çıxarılan və gələcəkdə çıxarılacaq neft bu kəmərin rentabelliyi üçün kifayətdir. Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinə də toxunan V.Ələsgərov əmin olduğunu bildirdi ki, Xəzərin enerji ehtiyatlarının ixracı üçün ən perspektivli marşrut məhz Şərq-Qərb nəqliyyat dəhlizidir.

 

V.Ələsgərov daha sonra Xəzərdə yeni neft və qaz yataqlarının aşkar edilməsində problemlər olduğunu söyləyənlərin iddialarını təkzib edərək bildirdi ki, aparılan son tədqiqatlar bunun tam əksini göstərir. Dünya neft sənayesinin inkişaf tarixindən misallar çəkən natiq Xəzərdəki yataqların yüksək rentabelliyə malik olduğunu söylədi.

Azərbaycan nümayəndəsi dedi ki, iqtisadiyyat sahəsində aparıcı beynəlxalq təşkilatlar və ekspertlər ölkəmizin iqtisadiyyatında islahatlar aparılmasına dair çoxlu təkliflər irəli sürürlər. Lakin onların əksəriyyəti belə bir faktı nəzərə almır ki, hazırda Azərbaycan vətəndaşlarının hər səkkiz nəfərindən biri qaçqın-köçkündür və dövlət onların minimum ehtiyaclarının ödənilməsi üçün çoxlu xərc çəkir. Bütün bu çətinliklərə baxmayaraq Azərbaycan hökuməti ölkəmizin gələcək nəsillərinin təminatı üçün Neft Fondu yaratmışdır.

Axırda V.Ələsgərov konfrans iştirakçılarının suallarına cavab verdi.

“Xəzər neft strategiyası. Karbohidrogen ehtiyatlarının potensialı və bunun qərb bazarlarına nəqli” mövzusunda müzakirələrdə ABŞ Prezidentinin Xəzərin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Mann, “Britiş Petroleum” şirkətinin vitse-prezidenti Hovard Çeyz və “Ekson/Mobil” şirkətinin icraçı vitse-prezidenti Tim Seyka çıxış etdilər.

Xəzərin enerji ehtiyatlarının işlənilməsi, bu ehtiyatların dünya bazarlarına nəqli marşrutları, ölkəmizin neft-qaz sektorunun inkişaf imkanları və perspektivləri üzərində ətraflı dayanan natiqlər vurğuladılar ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin rentabelli olmaması haqqında səslənən fikirlər tamamilə əsassızdır. Getdikcə belə bir inam yaranır ki, layihə onun iştirakçılarına mənfəət gətirəcəkdir. Xəzərin neft və qaz yataqlarının işlənilməsinin siyasi cəhətlərindən danışan natiqlər bildirdilər ki, dənizin sektorlara bölünməsi məsələsinin həlli bu sahədə işləri asanlaşdırardı. Lakin həmin problemin həll edilməməsi bəzi layihələri ləngidir.

Növbəti fasilə zamanı senator Sen Braunbəkə sülhə, azadlığa və Azərbaycanda iqtisadi inkişafa, habelə ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsinə verdiyi görkəmli töhfəyə görə 2002-ci il “Azadlığa Dəstək” mükafatı təqdim olundu.

Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyev, ARDNŞ-in xarici sərmayələr idarəsinin rəisi Valeh Ələsgərov və AATP-nin sabiq icraçı direktoru Qalib Məmməd palatanın diplomları ilə təltif edildilər.

Təltif mərasimindən sonra çıxış edən senator Sem Braunbək Qafqazda və Mərkəzi Asiyada sabitlik və inkişaf üçün Azərbaycanın əhəmiyyətini vurğuladı. O, demokratiyanın inkişaf etdirilməsini, kütləvi qırğın silahlarının yayılmaması sahəsində əməkdaşlığı, Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması prosesinə ATƏT və BMT kimi təşkilatların qoşulmasını, ölkədə xarici hərbi bazaların yerləşdirilməsinə yol verilməməsini, xarici sərmayələrin təşviqini və Xəzərin enerji ehtiyatlarının işlənilməsinə ABŞ şirkətlərinin cəlb olunmasını müstəqillik əldə etdikdən sonra Azərbaycanın nailiyyətləri, konstruktiv addımları kimi qiymətləndirdi.

Cənab Braunbək ötən ilin 11 sentyabr hadisələrindən sonra Azərbaycanın tutduğu mövqeyi - heç bir ilkin şərt və ya qeyd irəli sürmədən dərhal öz yardımını təklif etməsini xüsusi vurğuladı.

Senator terrorizmlə mübarizədə Cənubi Qafqaz ölkələrinə yardım göstərmək barədə ABŞ Prezidenti Corc Buşun qərarını dəstəklədiyini söyləyərək dedi ki, beynəlxalq terrorizmin, ekstremizmin artmaqda olan təsiri, silahların yayılması, narkotik vasitələr qaçaqmalçılığı kimi hallarla mübarizədə Azərbaycan Birləşmiş Ştatların əsas müttəfiqi ola bilər. O, belə bir cəhəti də vurğuladı ki, regionda demokratik cəmiyyətin dünyəvi formalarının yayılmasının təmin olunmasında Türkiyə ilə daha sıx tərəfdaşlıq, iqtisadiyyatın müxtəlif sahələrinə sərmayələr qoyulması Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığın uğurla inkişafı üçün mühüm cəhət olacaqdır.

Cənab Braunbək bildirdi ki, hazırda o, qanun layihəsi üzərində işləyir, bu, Mərkəzi Asiyada və Qafqazda ticarət sahəsində güzəştləri, akademik mübadilələr və investisiya stimulları proqramlarını təmin edəcəkdir.

Senator çıxışının sonunda dedi ki, öz zəngin potensialından istifadə etməklə Azərbaycan bütün regionda nümunə üçün model ola bilər və ABŞ bu sahədə ona hər cür kömək göstərməyi davam etdirməlidir. Bu işdə Prezident Heydər Əliyevin liderliyi mühüm rol oynayır.

Hökumətin, Vaşinqtonun işgüzar və analitik dairələrinin, habelə diplomatik korpusun çoxsaylı nümayəndələrinin iştirak etdikləri konfrans Azərbaycanın Birləşmiş Ştatlar üçün strateji əhəmiyyətini bir daha nümayiş etdirdi və ölkələrimizin ikitərəfli münasibətlərinin inkişafında yeni bir addım oldu.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunur

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib