“Anadolu Efes” klubu basketbol üzrə Avroliqanın qalibi olub
Belqrad, 21 may, AZƏRTAC
Türkiyənin “Anadolu Efes” klubu basketbol üzrə Avroliqanın 2021/2022-ci il mövsümünün çempionu olub.
AZƏRTAC xəbər verir ki, Serbiyanın paytaxtı Belqraddakı “Stark Arena”da keçirilən final matçında “Anadolu Efes İspaniyanın “Real Madrid” klubunu 58-57 hesabı ilə məğlub edib.
Bununla da “Anadolu Efes” ardıcıl iki mövsüm Avropa basketbolunun bir nömrəli kubokuna yiyələnib.
Yunanıstanın “Olimpiakos” klubundan 84-74 hesabı ilə üstün olan İspaniyanın “Barselona” klubu isə mövsümü üçüncü pillədə tamamlayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.09.2026 [19:11]
“Uber” 3300 nəfəri işdən çıxaracaq
- 02.09.2026 [18:28]
“Chevron” Venesuelaya 7 milyard dollar investisiya yatıracaq
İmişlidə avtomobil yanıb
- [21:08]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Hərracda 28 avtomobil satılıb
- [16:58]