CƏMİYYƏT
ANAMA baş verən ardıcıl mina hadisələri ilə əlaqədar vətəndaşlara müraciət edib
Bakı, 1 may, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) son günlər baş verən ardıcıl mina hadisələrinin sayının artması ilə əlaqədar olaraq vətəndaşlara bir daha müraciət edib.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, müraciətdə deyilir: “İşğaldan azad olunmuş ərazilərdə səfərdə olarkən qaydalara riayət etməmək, təhlükəsiz ərazilərdən kənara çıxmaq, xəbərdaredici nişanların tələblərinə riayət etməmək, məsuliyyətsiz və təkəbbürlü addım atmaq - sizi və yaxınlarınızı böyük faciə ilə üz-üzə qoya bilər. Bu kimi hadisələrin qarşısının alınması məqsədilə həmrəy olaq, öz üzərimizə düşən məsuliyyəti yerinə yetirək. Böyük Qayıdışa birgə və təhlükəsiz addımlayaq!”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:38]
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO
- 03.05.2024 [17:12]