ANAMA: Ötən həftə 114 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Bakı, 29 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, iyunun 21-dən 25-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 84, tank əleyhinə 74 mina və 134 partlamamış hərbi sursat aşkarlanıb.
Əməliyyatlar nəticəsində 114 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [16:25]
AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub
- 09.10.2026 [16:09]
Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib
- 09.10.2026 [16:04]
® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib
- 09.10.2026 [15:43]