Anatoli Fyodorov: Azərbaycanda məntəqələr parlament seçkilərinə tam hazırdır
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı təəssüratlarım müsbətdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri secki-2020.az saytına açıqlamasında MDB müşahidə missiyasının üzvü Anatoli Fyodorov deyib.
"Biz parlament seçkilərinə hazırlıq işlərini müşahidə edirik. Müşahidələrimə əsasən deyə bilərəm ki, seçkilər yüksək səviyyədə təşkil olunub. Hər yerdə vəziyyət normaldır, hər hansı iradımız yoxdur. Məntəqələrdə treninqlər keçirildiyi üçün hazırlıqlar da yüksək səviyyədədir. Məntəqələrdə müşahidəçilər üçün yerlər də düzgün seçilib. Bir sözlə, məntəqələr seçkilərə tam hazırdır”, - deyə missiya üzvü vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]