Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Ankarada yeni “Azərbaycan dilinin orfoqrafiya lüğətinin” təqdimatı keçirilib

Ankara, 17 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğətinin” Ankara şəhərində təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını “Türk Dünyası Ortak İletişim Dili Uğrunda – Azerbaycan Dilinin Yazım Kılavuzu” (“Türk dünyası ortaq ünsiyyət dili uğrunda – Azərbaycan dilinin orfoqrafiya lüğəti”) adı ilə reallaşdıran kitab ortaq türk dili vəsaiti kimi Türkiyə universitetlərinin “Türk ləhcələri və

ədəbiyyatları”, “Türk dili və ədəbiyyatı”, “Dilçilik”, “Tərcüməçilik”, “Pedaqoji”, “Jurnalistika” fakültələrinin tələbə və müəllim heyəti ilə yanaşı, geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulub.

Türkiyə Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə nəşr olunan lüğətin tərtibçi-müəllifi Azərbaycanın Xalq yazıçısı Afaq Məsud, ön sözünün müəllifi isə Türkiyənin görkəmli dilçi-alimi, uzun illər Türk Dil Qurumuna sədrlik etmiş, Hacettepe Universitetinin Tətbiqi Lüğətçilik Elmi-Tədqiqat Mərkəzinin qurucusu və sabiq rəhbəri professor Şükrü Haluk Akalındır.

Hacettepe Universitetində baş tutan təqdimat mərasimində çıxış edən Tətbiqi Lüğətçilik Elmi-Tədqiqat Mərkəzinin hazırkı rəhbəri professor Nurettin Demir 2023-cü ildə Bakıda işıq üzü görən yeni “Azərbaycan dilinin orfoqrafiya lüğətinin” daha sonra Türkiyədə nəşr olunduğuna diqqət çəkib. Onun sözlərinə görə, 904 səhifəlik yeni nəşr Türk dünyasında dialoqun inkişafına töhfə verəcək mühüm təşəbbüsdür.

Demir deyib ki, “Azerbaycan Dilinin Yazım Kılavuzunun” nüsxələri həm də Türkiyənin müxtəlif şəhərlərində yerləşən kitabxanalara paylanacaq.

Daha sonra çıxış edən Türk Dil Qurumunun sədri professor Osman Mert bildirib ki, ikinci Türkoloji Konqres 2026-cı ildə Azərbaycanda keçiriləcək. İlk konqresin də Azərbaycanda keçirildiyini xatırladan Mert, sözü gedən tədbirdə bütün Türk dövlətlərinin Elmlər Akademiyalarının nümayəndələrinin və Türk Dil Qurumunun heyətinin iştirak edəcəyini diqqətə çatdırıb.

Türk dövlətləri arasında dilçilik sahəsində birgə fəaliyyətin çox böyük əhəmiyyət daşıdığını vurğulayan Türk Dil Qurumunun rəhbəri qeyd edib ki, hər dil “canlıdır” və yeniliklərə açıqdır. Bu səbəbdən orfoqrafiya lüğətləri də müəyyən mərhələlərlə yenilənməlidir. O, Türkiyənin bu sahədəki təcrübəsini bütün Türk dövlətlərilə bölüşməyə hazır olduqlarını bildirib.

Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov çıxışında I Türkoloji Qurultayın 1926-cı ildə Azərbaycanda keçirildiyini xatırladıb: “Biz bununla fəxr edirik. Çünki bu, Azərbaycanın Türk dünyasında nə qədər əhəmiyyətli rol oynadığını göstərir”.

Samir Abbasov 100 ildən sonra II Türkoloji Konqresin Azərbaycanda keçirilməsinin nəzərdə tutulmasının sevindirici olduğunu deyib. O, Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikirini sitat gətirərək, Azərbaycanın daim Türk dünyası arasında həmrəyliyə töhfələr verdiyini vurğulayıb, sözügedən lüğətin hazırlanmasının əhəmiyyətindən danışaraq hazırlanmasında əməyi keçən hər kəsi təbrik edib.

Dosent Nurtaç Ergün Atbaşı öz növbəsində tədbir iştirakçılarına lüğətin tərtibçi-müəllifi Afaq Məsudun yaradıcılığı haqqında məlumat verib.

Ramin Abdullayev

AZERTAC -ın xüsusi müxbiri

Ankara 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibəti ilə tədbir keçirilib

BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib

Qazaxıstan Xəzər dənizi ilə daşımaların həcmini artırır

Yağışlı hava şəraitinin mayın 21-dək davam edəcəyi gözlənilir

İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürüb