Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anna Nağıyeva: Dünya fərqli inkişaf xüsusiyyəti olan balaca rəssamın gözü ilə

Bakı, 3 aprel, Anara Axundova, AZƏRTAC

AZƏRTAC xüsusi qayğıya ehtiyacı olan istedadlı uşaq və yeniyetmələr haqqında materialları davam etdirir. Növbəti qəhrəmanımız Anna Reyn təxəllüsü ilə heyrətamiz əsərlər yaradan balaca rəssam Anna Nağıyevadır. Erkən yaşda ona autizm spektr pozuntusu diaqnozu qoyulub. Bir neçə ildən sonra balaca qızın anası Əfsanə Nağıyeva onun qeyri-adi rəsmlər çəkməyə başladığını görüb, Halbuki, balaca qız bunu heç kimdən öyrənməyib.

İndi Anna 12 yaşındadır. Rəsm çəkməyə isə 8-9 yaşlarında başlayıb. Əfsanə xanımın sözlərinə görə, bu, bədahətən baş verib: “Gördüm ki, oturub rəsm çəkir, həm də sürətlə işləyir. Yaxınlaşıb diqqətlə baxıram. O, çoxlu balaca üzləri çəkib, həm də hamısı fərqlidir. Bu çöhrələrin hər biri aydın görünürdü. Başa düşdüm ki, rəsmin alınması onun xoşuna gəlir. Qızıma ilk rənglərini, kağız aldım və o, yavaş-yavaş rəsm çəkməyə başladı.

Zaman keçdikcə, Annanın rəsmləri daha maraqlı olurdu. Bu yaxınlarda isə o, sərgilərdə iştirak etməyə başlayıb. Əfsanə xanım xatırlayır: “Rəssam olan rəfiqəm Röya Həsən “Art Council Azerbaijan”ın direktoru Dadaş Məmmədova və onun xanımı Sona Quliyevaya Annanın rəsmlərinin onların təşkil etdikləri sərgi-yarmarkada nümayiş etdirilməsi xahişi ilə müraciət etdi. Onlar tez-tez belə tədbirlər keçirir və çoxlu iş görürlər. Orada fərqli inkişaf xüsusiyyəti olan başqa istedadlı uşaqların da rəsmləri nümayiş etdirilir. Annanın rəsmləri üçün bütöv bir divar ayırdılar. Həmin gün onun on beş tablosu təqdim edildi. Rəsmlərin tərtibatı və təqdimatı qızımı çox təəccübləndirdi, onların hamısını çərçivəyə salaraq asmışdılar. Uşaq elə məmnun idi ki!”

Annanın anası deyir ki, “BeKind” layihəsində iştirak etməsi onun qızının inkişafına çox müsbət təsir göstərib: “Bu layihənin təşkilatçısı fotoqraf Şirin Rzayevanın sayəsində Anna çoxlu sayda ustad dərsində, bayramlarda və müxtəlif tədbirlərdə iştirak etdi. Buna görə Şirin xanıma minnətdaram”.

Hazırda Əfsanə xanım qızını rəsm üzrə dövlət kurslarına yazdırmaq üçün sənədləri toplamaqla məşğuldur.

O deyir: “Həmin kurslar ödənişsizdir və əlbəttə, bu, bizim üçün böyük imkandır. Annanın qəbul olunması üçün onun rəsmlərini komissiyaya göstərməliyəm. Bunun baş verəcəyi təqdirdə həftədə bir neçə dəfə məşğələlərə gedəcəyik. Çox yaxşı olardı. Anna orada öz bacarıqlarını inkişaf etdirə bilər”.

Qızın anasının dediyinə görə, Anna əvvəllər kurslarda iştirak etməyib, lakin ustad dərslərinə qatılıb. Bu ustad dərslərindən biri ilə bağlı onun maraqlı bir hekayəsi də var: “Fərqli inkişaf xüsusiyyətləri olan uşaqların anaları üçün məclislərə getdim. Bir gün bizdən uşaqları da gətirməyimizi istədilər. Uşaqlar üçün ustad dərsi təşkil olundu, Anna orada rəsm çəkdi. O, daha çox qadın üzlərini çəkir, amma həmin gün Timur Rodriqezi (rus aktyoru, müğənnisi, televiziya və radio aparıcısı, şoumen - red.) çəkdi, ona bildirdi ki, autizm sindromlu qız onun yaradıcılığını bəyənir. Onun portretinin fotoşəkilini də göndərdi. O, öz növbəsində, Anna üçün video çəkdi və Yeni il münasibətilə qızımı təbrik etdi. Anna çox sevinirdi. Əlbəttə, hamımız buna şad olduq”.

Qızının timsalında yaradıcılığın faydalı cəhətindən danışan Əfsanə xanım qeyd edir ki, rəsm çəkmək Annaya çox müsbət təsir göstərir: “O, çox yetkinləşib, indi onun üzərinə bir növ məsuliyyət düşür. Hazırda Anna 14 iyunda, doğum günündə keçiriləcək sərgiyə hazırlaşır. Həmin gün hər kəsi bizə dəvət edirik!”

Ölkəmizdəki inklüziv vəziyyətə toxunan Əfsanə xanım deyir ki, Annanın çox balaca olduğu vaxtdan bəri çox şey dəyişib: “2012-ci ildə Annaya diaqnoz qoyuldu. Autizmin nə olduğunu bilmirdim. Bu barədə oxumağa internetim belə yox idi. İnternet klubuna getdim: orada oturdum, oxudum, məlumatları yazdım... O vaxtlar Bakıda bir reabilitasiya mərkəzi var idi. İndi onlara hər addımda rast gəlinir. Bu mərkəzlərə ehtiyac daha da artıb. Bundan əlavə, insanlar xüsusi inkişaf qabiliyyətli uşaqlara qarşı daha dözümlü olublar. Əvvəllər belə uşaqların az olması və insanların onları nəqliyyatda, uşaq meydançalarında, mağazalarda nadirən görməsi və mənfi reaksiya verməsi müəyyən rahatsızlıq yaradırdı. Mən onları başa düşürdüm, amma təbii ki, bu çox ağrılı idi. Ağlayırdım. İndi daha çox anlayışlı insanlar var. Bu, məni çox sevindirir”.

Çətinliklərdən danışan Əfsanə xanım məktəblərdə inklüziv siniflərlə bağlı problemi xatırladır: “İnklüziv sinifləri olan məktəblər çox azdır. Əgər onların sayı çox olsaydı, bizə köməyi olardı. Normotipik uşaqların valideynlərinin xüsusi qabiliyyətli uşaqların adi siniflərdə oxumasının əleyhinə olmasını başa düşürəm. Axı, məsələn, xüsusi qabiliyyətli uşaq öz vəziyyətinə görə səs-küylüdürsə, bu, təbii ki, digər uşaqların diqqətini də yayındıracaq. Tərbiyəçi (müəllim köməkçisi – red.) həmişə fərqli xüsusiyyətə malik olan uşağın yanında olmalı, ona nəzarət və kömək etməlidir. Bundan əlavə, bu cür məktəblərdə özəl təlim keçmiş müəllimlər və narahatlıq anlarında uşağın sakitləşməsi üçün aparıla biləcəyi xüsusi otaq olmalıdır. Bütün bunları təşkil etmək çox çətindir. Amma istərdim ki, uşaq həftədə ən azı 2-3 dəfə belə məktəbə getsin, 7 dərs olmasın, heç olmasa 2-3 dərs olsun. Anna ixtisaslaşmış məktəbin 8-ci sinif şagirdidir və evdə oxuyur. Onun çox yaxşı və mehriban müəllimi var – Şəhla Məmmədova. Ancaq o, normotipik uşaqlarla ünsiyyət qursaydı, əla olardı. Bu, çox vacibdir”, - deyə Əfsanə xanım əlavə edir.

Həmsöhbətimiz buna misal olaraq İspaniya təcrübəsini göstərir: "San-Sebastyanda yaşayan bir dostum var. Oğlu orta məktəbdə inklüziv sinifdə oxuyur. Səhərlər onu məktəb avtobusunda bir repetitorun müşayiəti ilə məktəbə aparırlar, axşam isə avtobusla uşağı evə gətirirlər. Məktəbdə müəllimlərdən əlavə psixoloqlar, psixiatrlar var, hər iki şagirdə bir repetitor da ayrılıb, onlar dərslərini hazırlayır, idmanla məşğul olurlar, orada hovuz da var. İstirahət günlərində uşaqlar məktəblə birlikdə dincəlmək üçün şəhər kənarına gedir, yayda isə düşərgə təşkil olunur. Bir sözlə, fərqli inkişaf xüsusiyyəti olan uşaqlar üçün çoxlu imkan var”.

Əfsanə xanım fərqli inkişaf xüsusiyyətinə malik uşaqları olan digər valideynlərə məsləhət verərkən, onların qidalanmasına fikir verməyi tövsiyə edir: “Rasiondan şirniyyat, un və süd məhsullarını xaric etməlisiniz, çünki tərkibində kazein, şəkər və müxtəlif süni əlavələr olan qidaları yemək sinir sisteminin inkişafını ləngidə və uşağın vəziyyətini pisləşdirə bilər. Təbii ki, uşağınızla məşğul olmanız lazımdır. Yaxşı, yoxlanılmış bir mərkəz tapmaq lazımdır. Belə uşaqların idmanla məşğul olması çox faydalıdır. Əlləri ilə bir şey etmək onlar üçün çox faydalıdır. Bunların hamısı onlara müsbət təsir göstərir”.

Əfsanə xanım müxtəlif istiqamətləri sınamağı və beləliklə, uşağın ürəyincə olacaq bir məşğuliyyət tapmağı da tövsiyə edir. O deyir: “Dostlarım arasında elə valideynlər var ki, onların xüsusi inkişaf qabiliyyəti olan övladları idmanla məşğul olur, Paralimpiya oyunlarına qatılır, rəqs edir, çörək bişirir, heykəltaraşlıqla məşğul olur və sairə.

Ancaq Annanın anasının digər valideynlərə verdiyi ən vacib məsləhət uşağını sevmək ilə bağlı tövsiyədir.

“Fərqli inkişaf xüsusiyyəti olan uşaq böyütmək mənim üçün çox çətindir. Xüsusən mənim kimi övladını tək böyüdən valideyn üçün daha ağırdır. Analara övladlarına qarşı səbirli olmağı məsləhət görürəm. Əgər xüsusi inkişaf qabiliyyətli uşağa baxmağa kömək edə biləcək qohumlarınız və ya dostlarınız varsa, bu yardımı mütləq qəbul edin, ondan imtina etməyin, çünki bununla öz imkanlarınızı qoruyacaqsınız. Uşaq səhv etsə də, yanlış bir iş görsə belə, səbirli olmaq lazımdır. Onlar vəziyyətinə görə belə davranırlar. Bu uşaqlar büllur vazalara bənzəyirlər. Kövrək, zərifdirlər. Bu dünya onlar üçün çox çətindir! Onların köməyə, sevgiyə ehtiyacı var. Bu uşaqların valideynləri bir-biri ilə ünsiyyət qurmalıdır, sizə kömək edəcək, dəstək olacaq bir növ icma tapmalısınız. Mən özüm Aysel Mirzəyeva tərəfindən yaradılmış Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Valideynləri Birliyinin üzvüyəm, buna görə ona minnətdaram! Fərqli inkişaf xüsusiyyəti olan uşağa malik valideynlərin psixoloqa getməsi də çox vacibdir. Mən həmişə qızımı təkcə loqoped və psixoloqun qəbuluna aparırdım, həm də əvvəldən qəbullara yazılmalı olurdum. Anna haqqında fikrimi məhz psixoloq dəyişdi. Onu insanlara autizm sindromlu qızım kimi təqdim edirdim. İndi isə başqa cür deyirəm: mənim belə gözəl bir qızım var, o, çox yaxşı rəsm çəkir, autizm xəstəsidir, Amma autizm artıq sonuncu yerdədir. Mən qızıma tamamilə başqa gözlə baxmağa başladım. O, mənim üçün bir dünya kimidir. Mən ona pərəstiş edirəm, onu çox sevirəm! Hər şeydən əvvəl övladınızı sevməlisiniz. Uca Allaha olan sevgi və iman möcüzələr yaradır”.

Əfsanə xanımla söhbət edəndə Anna evdə idi. O, hərdən yanımıza gəlir, bir müddət bizimlə oturur, sonra öz otağına gedirdi. Vidalaşanda diqqətlə üzümə baxdı və mənə çəhrayı pomada lazım olduğunu gördü. Əfsanə xanım dedi: “O, kosmetikanı və makiyajı çox sevir, hər kəsə bununla bağlı məsləhət verə bilər”. Annadan onu qucaqlaya biləcəyimi soruşdum. O, məni qucaqladı və ehtiyatla saçlarımı düzəltdi. Sonra yenidən mənə baxdı və saç düzümünün qaydasında olduğunu təsdiqləyərək başını tərpətdi. Dünyaya özəl baxan bu heyrətamiz istedadlı qızın mənim üçün yaratdığı saç düzümünü korlamaqdan qorxaraq axşama qədər saçlarıma toxunmadım.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq