Azərbaycan Dövlət İnformasiya Agentliyi

ANS ŞİRKƏTLƏR QRUPUNUN PREZİDENTİ VAHİD MUSTAFAYEVİN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev adına Fond “2007-ci ilin adamı” mükafatı və diplomunun təqdim olunması mərasimində sizi ürəkdən salamlayır.

Müstəqil Azərbaycan dövləti onun hər bir vətəndaşının toxunulmaz sərvətidir. Yerləşdiyimiz mürəkkəb geosiyasi məkan, Azərbaycanın qarşısına qoyduğu ali məqsədlər bu gün ölkəmizi bütün dünyanın diqqət mərkəzinə çıxarıbdır.

Azərbaycanın əldə etdiyi nəticələr onu artıq Cənubi Qafqazın aparıcı dövlətinə çeviribdir. Elə buradaca qeyd edim ki, bu uğurların mühüm bir hissəsi Heydər Əliyev xəttini bacarıqla davam etdirən və onu müasir dövrün hər an dəyişən tələblərinə özünəməxsus şəkildə uyğunlaşdıran Prezident İlham Əliyevlə bağlıdır.

“Mən hər bir azərbaycanlının Prezidentiyəm” deyə dövləti idarə etməyə başlayan İlham Əliyevdən ötrü 2007-ci il bu sözləri əməldə sübut etmək üçün növbəti fürsət oldu. Dövlət başçısı istər daxili, istər xarici siyasəti ilə nümayiş etdirdi ki, onun rəhbərliyi altında görülən işlər heç də konyunkturaya hesablanmış taktiki gedişlər deyil, daha çox uzaqmənzilli xarakter daşıyır.

2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev region üçün xüsusi əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təməlinin qoyulmasına nail oldu. Layihə həm də ona görə xüsusi qiymətə layiqdir ki, Azərbaycan bu işə heç bir iri dövlətin açıq maddi və siyasi dəstəyi olmadan özü imza atdı. Bu isə asan məsələ deyildi.

Layihənin üzləşdiyi çətinlikləri Bakı-Tbilisi-Ceyhan kəmərinin işə düşməsi ərəfəsində ölkəmizin üzləşdiyi təzyiqlərlə müqayisə etmək olar. Uzağa getməyək, Azərbaycanın layihədəki müttəfiqlərindən biri olan Gürcüstanda inqilabi proseslər məhz təməlqoyma ərəfəsinə təsadüf etdi.

ANS şirkətlər qrupu və Çingiz Mustafayev adına Fond bu çox mühüm regional layihəni birmənalı müsbət addım kimi Azərbaycan Prezidentinin aktivinə yazıbdır.

Bu gün beynəlxalq enerji təhlükəsizliyi dünyanın prioritetinə, Azərbaycan bu təhlükəsizlik sisteminin fəal tərkib hissəsinə çevrilibdır. 2007-ci il bu baxımdan çox faydalı oldu. Azərbaycan qazı Avropaya məhz ötən il çıxdı və bununla da İlham Əliyev Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyi sistemindəki rolunu maksimum artırdı.

Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu Azərbaycan qazının Avropaya çıxmasını Prezidentin 2007-ci ildə davam etdirdiyi enerji siyasətinin beynəlxalq etirafı kimi dəyərləndiribdir.

Qeyd etmək lazımdır ki, bütün bu nailiyyətlər dünyada gedən dramatik proseslər fonunda baş veribdir. Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası arasında yaşanan gərginlik 2007-ci ildə özünün, az qala, zirvə saatına çatdı.

İlham Əliyev isə xüsusilə gərginləşmiş bu münasibətlər fonunda yürütdüyü tarazlaşdırılmış siyasət nəticəsində Azərbaycanı mümkün təhlükələrdən etibarlı surətdə qorudu.

Biz burada iki faktı xüsusilə qeyd etməliyik. Əvvəla, Azərbaycan antiterror koalisiyasında Birləşmiş Ştatların əsas müttəfiqi və strateji tərəfdaşlarından biridir. Digəri isə, 20 milyondan artıq azərbaycanlının yaşadığı İran İslam Respublikası ilə ölkəmizin tarixi qonşuluq və qardaşlıq ənənəsinin bundan sonra da qorunması məsələsi idi.

Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu Prezidentin bu son dərəcə mürəkkəb vəziyyətdən çıxmaq bacarığını da qiymətləndirdi.

2007-ci ildə dövlət başçısının daxili siyasi xətti öz geniş miqyası və rəngarəngliyi ilə diqqəti cəlb edir. Biz Prezidenti hər yerdə görürdük. Bir il ərzində Bakıda neçə-neçə körpü, yolötürücüləri, yeraltı keçidlər tikildi.

Paytaxtda və bölgələrdə yeni iş yerlərinin açılması, ən ucqar rayonlara belə qaz xətlərinin çəkilməsi İlham Əliyevin Prezident kimi içdiyi anda qoyduğu hörmətin təsdiqi oldu.

Azərbaycanda yoxsulluq həddində yaşayanların səviyyəsinin 16 faizə enməsi barədə rəsmi məlumat da dövlət başçısının ilin adamı elan olunması ərəfəsinə təsadüf etdi.

Bu il Azərbaycanda son çadır şəhərciyi ləğv olundu. Məcburi köçkünlərin güzəranı xeyli yaxşılaşdı. İlham Əliyevi ilin adamı elan edərkən bütün bunlar da nəzərə alınıbdır.

Azərbaycan varlandıqca, dövlətləndikcə onun ordusu da qüdrətlənir. Ordunun saxlanmasına ayrılan vəsait ötən il bölgədə rekord həddə çatdı: 812 milyon manat.

Prezidentliyin keçən ili Azərbaycanda artıq ilk hərbi məhsulların istehsal edilməsi, milli silahlı qüvvələrin NATO standartlarına bütünlüklə keçməsi ilə əlamətdar oldu. Müharibə vəziyyətində olan bir ölkənin bu istiqamətdə qazandığı hər bir uğur Azərbaycanın ərazi bütövlüyünün tez bir zamanda bərpa ediləcəyinə olan inamı artırır.

Dövlət başçısı bu yaxınlarda ön xətdəki əsgərlərin yanında da oldu. Bu sadə bir həqiqət idi ki, Ali baş komandan öz hərəkəti ilə deyirdi: “Əsgər, mən sənin yanındayam!”

Nəhayət, Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu Azərbaycanın ilk müstəqil teleradio şirkətinin ətrafında 2006-cı ilin sonu-2007-ci ilin əvvəlində yaşanan böhranın və gərginliyin aradan qaldırılmasında, daha doğrusu, ANS-in fəaliyyətinin bərpası və lisenziya müddətinin uzadılmasında Prezident İlham Əliyevin həlledici rolunu, habelə bir qrup jurnalisti həbsdən azad etməsini qiymətləndirməyə bilməzdi. Prezident bu addımı ilə bir daha sübut etdi ki, demokratiya və söz azadlığının yanındadır.

Möhtərəm Prezident!

Xanımlar və cənablar!

İndi isə Sizi, 2007-ci ilin adamının nailiyyətlərini əks etdirən videoçarxa baxmağa dəvət edirəm.

Videoçarxın nümayişindən sonra Vahid Mustafayev elan etdi ki, Prezident İlham Əliyev bu mükafata bir sıra aparıcı dövlətlərin müqavimət və təzyiqlərinə baxmayaraq, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təməlinin qoyulmasında, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyi sistemində yerinin möhkəmlənməsinin tərkib hissəsi olaraq ölkə qazının Avropa bazarına çıxmasında, Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası arasında xüsusilə gərginləşmiş münasibətlər fonunda yürütdüyü tarazlaşdırılmış siyasət nəticəsində Azərbaycanın mümkün təhlükələrdən qorunmasında, ölkədə və paytaxtda infrastruktur layihələrinin uğurla həyata keçirilməsində və yeni iş yerlərinin açılmasında, habelə Azərbaycan ərazisindəki son çadır düşərgəsinin ləğv olunması - vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasında, ordu quruculuğunun uğurla davam etdirilməsində, hərbi sənaye kompleksinin işə düşməsi və ilk hərbi məhsulların əldə edilməsində, Azərbaycan silahlı qüvvələrinin ən müasir standartlara cavab verməsi məqsədi ilə orduya ayrılan vəsaitin kəskin şəkildə artırılmasında, Azərbaycanın ilk müstəqil teleradio şirkəti olan ANS-in fəaliyyətinin bərpası və lisenziyasının uzadılmasında oynadığı müstəsna rola, habelə həbsdə olan jurnalistlərin azadlığa buraxılmasına görə layiq görülmüşdür.

X X X

Ənənəyə uyğun olaraq, Prezident İlham Əliyevə xüsusi diplom, Çingiz Mustafayev Fondu adından 5000 manat məbləğində pul mükafatı, ANS Şirkətlər Qrupu adından isə məxsusi hazırlanmış, tam əl işi olan GLASHÜTTÜ qol saatı təqdim edildi.

Dövlətimizin başçısına diplomu Milli Qəhrəman, telejurnalist Çingiz Mustafayevin oğlu Fuad Mustafayev təqdim etdi.

Prezident İlham Əliyev mərasimdə geniş nitq söylədi.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev mərasim başa çatandan sonra ANS Şirkətlər Qrupunun və Çingiz Mustafayev adına Fondun əməkdaşları, Milli Qəhrəmanın ailə üzvləri ilə xatirə şəkli çəkdirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib