Antalyanı bu il rekord sayda turist ziyarət edib
İstanbul, 2 oktyabr, AZƏRTAC
Dünyanın məşhur turistik bölgələrindən biri olan Antalyanı bu il rekord sayda turist ziyarət edib.
AZƏRTAC xəbər verir ki, bu ilin yanvar-sentyabr ayları üzrə Antalyaya 12 milyon 500 min 803 turist gəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16,63 faiz çoxdur.
Şəhərə gələn xarici vətəndaşlar arasında ruslar və almanlar çoxluq təşkil edir. Belə ki, bu ilin ilk doqquz ayı ərzində şəhərə 4 milyon 752 min 660 Rusiya, 2 milyon 85 min 83 Almaniya vətəndaşı gəlib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]