Antiterror əməliyyatı zamanı 9 türk əsgəri şəhid olub - YENİLƏNİB 2
İstanbul, 13 yanvar, AZƏRTAC
İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 9 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Nazirlik qeyd edib ki, həkimlərin səyinə baxmayaraq, daha 1 yaralı hərbçi dünyasını dəyişib.
Bundan əvvəl 8 əsgərin şəhid olduğu bildirilmişdi.
02:27
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında apardığı “Pəncə-Kilid” antiterror əməliyyatı zamanı 8 türk əsgəri şəhid olub, 5 əsgər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
İlkin məlumata görə, əməliyyatın gedişində 15 terrorçu zərərsizləşdirilib.
12.01.2024 / 23:11
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında apardığı “Pəncə-Kilid” antiterror əməliyyatı zamanı 5 türk əsgəri şəhid olub, 8 əsgər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Məlumata əsasən, türk əsgərləri bölgəyə sızmağa çalışan terror təşkilatının üzvləri ilə atışmada həlak olublar. Yaralı əsgərlər xəstəxanaya çatdırılıblar.
İlkin məlumata görə, əməliyyatın gedişində 12 terrorçu zərərsizləşdirilib.
Bölgədə əməliyyatlar davam edir.