Antuan Qalimard azərbaycanlı həmkarları ilə əlaqələr quracağına ümid bəsləyir
Bakı, 25 aprel, Aydan Həsənli, AZƏRTAC
Mən çox şadam ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu məhz Bakıda keçirilir. Bu, mənə sizin gözəl şəhərinizi ziyarət etmək imkanı yaradıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Fransanın aparıcı nəşriyyat evlərindən biri olan “Qalimard” nəşriyyat evinin direktoru Antuan Qalimard deyib.
A.Qalimard Forum çərçivəsində azərbaycanlı həmkarları ilə əməkdaşlıq əldə edəcəyinə də ümidvar olduğunu bildirib.