Antverpendə polis reydi nəticəsində 11 yaşlı qızcığaz həlak olub
Brüssel, 11 yanvar, AZƏRTAC
Avropaya gətirilən bütün narkotiklərin üçdəbir hissəsi Belçikanın Antverpen limanından keçir.
AZƏRTAC xəbər verir ki, narkotrafik şəbəkəsi bir müddət müşahidə ediləndən sonra, yanvarın 11-nə keçən gecə bu şəhərdə genişmiqyaslı polis əməliyyatına başlanıb. Bu dəfə həm polislə cinayətkarlar arasında, həm də bir-biri ilə düşmənçilik aparan müxtəlif klanlar arasında atışma olub. Atışmanın gedişində 11 yaşlı qızcığaz yaralanıb. Qızcığaz xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Polisin məlumatına görə, narkotrafik şəbəkəsi ilə bağlı olmaqda şübhə doğuran xeyli insan saxlanılıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [23:25]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]