APEC-in zirvə toplantısı 3 yekun sənədin qəbulu ilə başa çatıb
Pekin, 1 noyabr, AZƏRTAC
Cənubi Koreyanın Kyoncu şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatına (APEC) üzv tərəflərin liderlərinin 32-ci zirvə toplantısı birgə bəyannamə də daxil olmaqla 3 yekun sənədin qəbulu ilə başa çatıb.
AZƏRTAC xəbər verir ki, toplantının əsas sənədi olan Kyoncu Bəyannaməsində tərəflər ticarət və investisiyaların hamıya fayda gətirəcək şəkildə inkişafının vacibliyini vurğulayıblar.
"Dayanıqlı ticarət və investisiyaların Asiya-Sakit okean bölgəsinin inkişafı və tərəqqisi üçün həyati əhəmiyyət daşıdığını, dəyişən qlobal şəraitdə düzgün yol tutmaq üçün iqtisadi əməkdaşlığı dərinləşdirməyə sadiq qaldığımızı təsdiqləyirik", - deyə sənəddə qeyd olunur.
Kyoncu Bəyannaməsindən başqa, Cənubi Koreyanın ev sahibi kimi ön plana çıxardığı 2 əsas təşəbbüs olan süni intellektə (AI) əsaslanan texnoloji inkişafa və demoqrafik dəyişikliyə dair 2 ayrı sənəd də qəbul olunub.
Çin Xalq Respublikasının Sədri Si Cinpin APEC-in növbəti sammitinin 2026-cı ilin noyabrında Çinin Şencen şəhərində keçiriləcəyini bildirib. Bu, Çinin APEC sammitinə 3-cü ev sahibliyi olacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]