Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aqrar sektorda inkişafın əsas şərti: rəqabət mühiti və müasir texnologiyalar - ŞƏRH

Bakı, 19 iyun, AZƏRTAC

Bu ilin may ayının 25-də Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə dair keçirilən müşavirə və bundan dərhal sonra təsdiqini tapan 2026–2030-cu illər üçün Dövlət Proqramı hesab edirəm ki, ölkəmizin aqrar sektorunda yaxın illərdə baş verə biləcək inqilabi dəyişikliklərin əsl bünövrəsi sayılacaq. Çünki buna kifayət qədər çox böyük əsas vardır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov bildirib.

“İqtisadiyyatın qeyri-neft-qaz sektorunun qanadlarından birini sənaye, digərini isə kənd təsərrüfatı təşkil etdiyini nəzərə alsaq, bu iki sahə, əslində, həmişə diqqət mərkəzində olub. Hətta qeyd olunan sektorun inkişafı hələ prioritet elan edilməmişdən öncə də daim aktual məsələ kimi gündəlikdə olub”, - deyə Pərviz Heydərov vurğulayıb.

Ekspert bildirib ki, aqrar sahədə uzun illərdir tətbiq olunan subsidiyalar, güzəştli kreditlər, vergi və rüsum güzəştləri gözlənilən nəticəni verməyibsə, bunun səbəbləri dərindən araşdırılmalıdır. Ancaq buna rəğmən, kənd təsərrüfatı lazımi səviyyədə inkişaf səviyyəsi əldə edə bilməyib. Xüsusən də sözügedən sahədə son dövrlər ərzində aşkar durğunluq şəraiti yaranıb ki, bu da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə açıq qeyd edildi. Halbuki mövcud strateji yanaşma isə ölkənin ərzaq təhlükəsizliyini daxili istehsal hesabına möhkəmləndirməyi və qeyri-neft ixracını daha keyfiyyətli səviyyəyə çatdırmağı tələb edir.

“Problem əslində nədədir? Kənd təsərrüfatı sahəsində inkişafa maneə yaradan hansı cəhətlərdir? Neçə illərdir ki, real olaraq ardıcıl həyata keçirilən subsidiyalaşdırma, güzəştli kreditləşdirmə, vergi və rüsum azadlıqları kimi dövlət dəstəyi nədən effektiv nəticələr vermir? Bu suallara cavab tapılmalıdır. Ümumiyyətlə, hər hansı bir sahəyə dair qəbul edilən Dövlət Proqramı sənədini uğurla icra etmək üçün tələb olunan birinci şərt, ilk növbədə, həmin sahədə məhz inkişafa mane olan, yaxud onu məhdudlaşdıran amil və cəhətləri aşkarlayıb aradan qaldırmaqdan ibarət olmalıdır”, - deyə P.Heydərov bildirib.

Ekspertin fikrincə, aqrar sektorda indiyədək göstərilən dövlət dəstəyinə baxmayaraq, gözlənilən inkişaf səviyyəsinin əldə olunmamasının əsas səbəblərindən biri rəqabət mühitinin yetərincə formalaşmamasıdır: “Ölkəmizdə aqrar sektorda indiyədək həyata keçirilən dəstəyə uyğun olaraq müvafiq inkişaf səviyyəsinin əldə olunmamasına əsas səbəb düşünürəm ki, rəqabətsizlik şəraitidir. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi ÜDM istehsalı həcmində 5,9% paya sahibdir. Düzdür, inkişaf etmiş ölkələrdə sözügedən rəqəm bundan da aşağı səviyyədədir. Ancaq onlarda əhalinin bizdəki kimi 35,4%-i deyil, cəmi 1-3%-i kənd təsərrüfatında çalışır.

Ölkəmizdə rəsmi məşğul əhalinin 1 milyon yarımdan çox hissəsi aqrar sektorda çalışdığına görə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq ÜDM-də gərək 15-20% paya sahib ola idi. Bu, nəyi göstərir? Azərbaycanda aqrar sahənin qeyri-müasir səviyyədə inkişaf etdiyini və müasir tələblərə uyğun vəziyyətdə olmadığını. Ümumiyyətlə, bu və ya digər sahədə yüksək əməktutumluğu göstəricisi iqtisadi effektivliksizlik nümunəsidir. Hansı sahədə ki, işçi qüvvəsinin sayı az məhsuldarlıq isə yüksək səviyyədə təşkil edirsə, demək, orada texnologiyalardan, mexanizasiyadan və elmi təcrübələrdən istifadə qənaətbəxş həddədir. Ancaq sözügedən şəraitin təşəkkül tapması özü də rəqabətə bağlı məsələdir”.

Onun sözlərinə görə, əli torpaqdan soyumuş kəndliyə ən müasir texnologiya da versən o, torpağa qayıdan deyil. Bunun üçün onda məhsula və məhsuldarlığa maraq olmalıdır. Bazara rahat çıxış və satışdan da əldə edilən nəticəyə maraq olarsa, kəndçi öz həyətindən də pul çıxarda bilər. Əsas məsələ budur. Həmçinin ölkəmizdə dövlət tərəfindən aqrar sahədə ən çox dəstək görən, əkini-biçini və tədarükü stimullaşdırılan məhz taxıl istehsalı olub və olaraq da qalır. Effektivlik ona görə aşağıdır ki, bu sahə ilk gündən torpaqların icarəyə cəmləşdirilməsi hesabına xırda təsərrüfatçıların əlindən çıxdı. Buğda əkini-biçini ilə iri fermer və yaxud da imkan sahibləri məşğul olmağa başladılar ki, beləliklə, bu sahə də rəqabət şəraitindən kənarda qaldı.

“Artıq ortada ən genişmiqyaslı sayıla bilən müvafiq Dövlət Proqramı var. Aqrar sektorun inkişafı müxtəlif illər üzrə ayrı-ayrı xüsusi proqramlar və regionların sosial-iqtisadi inkişaf sənədləri ilə idarə və müəyyən olunurdu. Dövlət Proqramında isə bütün hədəflər açıq şəkildə öz əksini tapıb”, - deyə o qeyd edib.

Ekspert hesab edir ki, hazırda qəbul olunmuş Dövlət Proqramı aqrar sektorun inkişafı baxımından ən genişmiqyaslı sənədlərdən biridir və bütün əsas hədəfləri özündə əks etdirir.

“Aqrar sektorda bütün hədəflərə gedən yol, ilk növbədə, rəqabət amilinin təşkilindən keçir. Həmçinin yerli ərzaq və qida məhsulları istehsalı-emalı sektorunda xarici xammal elementlərindən istifadə tədricən birdəfəlik olaraq aradan qalxmalıdır. Artım əldə olunmasında ekstensiv yoldan intensiv yola, texnoloji və rəqabətqabiliyyətli inkişaf modelinə keçilməlidir. Bu, bütövlükdə qeyri-neft-qaz sektoru üçün təkan rolu oynayacaq”, - deyə Pərviz Heydərov əlavə edib.

Müxbir – Pərvanə Qafarova

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib