Aqrar Universitetdən xeyirxah təşəbbüs: aztəminatlı ailələrə “ADAU məhsulları”
Gəncə, 8 aprel, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar inkişaf könüllüləri “Aztəminatlı ailələrə “ADAU məhsulları” adlı növbəti xeyirxah layihəyə start verib.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, layihə çərçivəsində “Evdə qal” kampaniyasına dəstək olaraq, Gəncə şəhərində yaşayan bir qrup aztəminatlı ailəyə, tənha yaşlılara universitetin tədris-təcrübə təsərrüfatında, istixanada, quşçuluq tədris mərkəzində, heyvandarlıq kompleksində istehsal olunan ekoloji təmiz tərəvəz, süd və quşçuluq məhsulları hədiyyə edilib.
Layihə karantin rejimi qüvvədə olduğu müddətdə davam etdiriləcək.