İQTİSADİYYAT
“Aqroservis”in rəhbəri Ağsuda vətəndaşları dinləyəcək
Bakı, 3 dekabr, AZƏRTAC
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov dekabrın 6-da, saat 10:00-da Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək. Bu barədə AZƏRTAC-a “Aqroservis” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzinə (050 356-90-90) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.