AQTA-da Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Ulu Öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Tədbirdə Agentliyin sədr müavini Əziz Şərifov Ümummilli Lider Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyəti, zəngin siyasi irsi və təcrübəsi barədə çıxış edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, o, Ulu Öndər Heydər Əliyevin müdrikliyi, məqsədyönlü siyasəti və dərin dövlətçilik düşüncəsi, Azərbaycanı parçalanma və dağılma təhlükəsindən xilas etməsi barədə danışıb.
Qeyd edilib ki, Ümummilli Liderin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkədə sabitlik bərpa olunub, idarəetmə sistemi formalaşıb, xalq-dövlət birliyi möhkəmlənib. Vurğulanıb ki, Azərbaycan xalqı bu dahi şəxsiyyətin xilaskarlıq və quruculuq missiyasını unutmur və heç vaxt unutmayacaq.
Mərasimdə Ulu Öndərin həyat yolundan və Vətən, xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.