AQTA ilə Litvanın müvafiq qurumu arasında təcrübə mübadiləsi aparılıb
Bakı, 10 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Litvanın Dövlət Qida və Baytarlıq Xidməti (SFVS) arasında onlayn görüş keçirilib.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə heyvan sağlamlığı və biotəhlükəsizlik, epizootoloji monitorinq, heyvanların identifikasiyası və qeydiyyatı, eləcə də heyvan mənşəli məhsulların izləniləbilənliyi sahələrində qarşılıqlı təcrübə mübadiləsi aparılıb. Xəstəlik ocaqlarının vaxtında aşkarlanması, peyvənd məlumatlarının rəqəmsal qeydiyyatı, risklərin təhlili və Coğrafi İnformasiya Sistemlərinin (CİS/GIS) tətbiqi istiqamətində Litvanın təcrübəsi diqqətə çatdırılıb.
Eyni zamanda, identifikasiya tələblərinə əməl olunmasına nəzarət mexanizmləri və fermerlərin sistemə cəlb edilməsi yolları müzakirə olunub.
Sonda tərəflər baytarlıq nəzarəti sahəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:06]
“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub
- 30.09.2026 [16:46]
Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir
- 30.09.2026 [16:39]
Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir
- 30.09.2026 [15:26]